Səhabələr

İslamın xoşgörü zəmini

Belə bir şəraitdə ixtilafa zəmin olmamalı idi. Onsuz da Hz.Əbu Bəkir Hz.Əlinin məmuru olmağa ürəkdən razı idi.

– Xeyr, məmur olaraq gəldim, – deyir Hz.Əli və gələn ayələri ona verib birlikdə Məkkəyə doğru hərəkət edirlər.

Təvaf əda edilmiş, Səfa ilə Mərvə arasındakı saylar da yerinə yetirilmişdı. Ərəfatda vəqfiyyə durub Müzdəlifədə qonaqlayaraq, nəhayət, Minaya gəlmişdilər. Qurbanların kəsildiyi yerə gələn Hz.Əli o gün Cəmrənin yanında durur və Allah Rəsulunun təbliğ etmək istədiyi xüsusları dönə-dönə insanlara çatdırır. Bunları deyir:

– Heç bir kafir cənnətə girə bilməz!

Bu ildən sonra heç bir müşrik həccə getməyəcək.

Bundan sonra Beytullahı heç kim çılpaq təvaf etməyəcək!

Kimin Rəsulullah ilə bir müqaviləsi varsa, bu, anlaşma müddəti bitənə qədər qüvvədə olacaq!

Müddəti göstərilməyən müqavilələrə dörd aylıq vaxt qoyulacaq!

Bunlardan kənar qalan hər bir müşrikə əmin-amanlıq içində yurdlarına qayıda bilmək üçün o andan etibarən dörd ay möhlət veriləcək!

Bundan belə heç bir müşrikə nə bir müqavilə, nə də himayə olacaqdır! Çünki Allah və Rəsulu müşrikləri himayə etməkdən uzaqdır!

Beləliklə, Rəsulullahın arzusu da gerçəkləşmiş olurdu. O gün üçün bu elan və icraat bütpərəstlik düşüncəsinin Hərəmdən tamamilə uzaqlaşdırılması demək idi!

Digər hadisələr

Bir tərəfdə bunlar baş verir, digər tərəfdə də bəşər yolçuluğu davam edir, ölümlər doğumları, doğumlar da ölümləri izləyir, dünyanın üzü sürəkli dəyişirdi.

Həbəşistandan bir xəbər vardı. İllərlə möminlərə qucaq açan Nəcaşi gözlərini əbədi yummuşdu. Vəfa insanı Allah Rəsulu (s.ə.s.) bu xəbəri əvvəlcə əshabı ilə bölüşür. Ardınca da onları qiyabi mömin Nəcaşi üçün namaz qılmağa çağırır:

– Bu gün sizin bir saleh qardaşınız vəfat etdi. Durun onun cənazə namazını qılın, – deyir. Və Mədinədə Həbəşistanda vəfat edən Nəcaşinin cənazə namazını qılırlar!

Bu saleh qardaş Məkkə zülmündən təngə gəlmiş mühacirləri bağrına basan Həbəşistan hökmdarı Ashama idi və arada böyük məsafə olmasına baxmayaraq, Allah Rəsulu (s.ə.s.) fərqli bir vəfa örnəyi sərgiləyir, qiyabi olaraq ona dua edir!

Rəbiüləvvəl ayının bir çərşənbə axşamı idi. Rəsulullah (s.ə.s.) xəstə olan övladına baş çəkməyə gedir. İbrahimi qucağına alanda son nəfəsini verirdi! Ürək kövrəlmiş, gözlər yaşla dolmuşdu! Rəsulullahın göz yaşlarını görən bir nəfər:

– Ya Rəsulullah! – deyə səslənir, – Sən də mi ağlayırsan? Məgər Sən ölünün arxasınca  ağlamağı qadağan etməmişdinmi?

Peyğəmbərimiz dönür və belə deyir:

– Şübhəsiz ki, göz yaş tökər, ürək hüznlənər. Biz uca Rəbbimizin razı olacağından başqa bir söz söyləmərik! Mənim qadağan etdiyim şey isə üst-başı cıraraq və Cahiliyyə dövründə olduğu kimi, fəryad-fəğan qopararaq ölünün arxasınca ortalığı vəlvələyə salmaqdır!

Yuyulub kəfənlənən körpəni namazı qılındıqdan sonra götürür və Baqi qəbristanına aparıb Osman ibn Mazunun yanında dəfn edir! İlk dəfə idi ki, əshabından su istəyir və oğlu İbrahimin məzarı üstünə səpir!

Həmin gün Mədinədə günəş tutulması baş verir.

Bəzi insanlar: "İbrahimin vəfatına görə günəş tutuldu," – deyirlər.

Bunu eşidər-eşitməz  minbərə çıxır və:

– Ey insanlar! – deyə səslənir, – həqiqətən, Günəş və ay Allahı göstərən dəlillərdən ikisidir. Bunlar nə birisinin doğumuna, nə də ölümünə görə tutulur! Ay və günəş tutulması zamanı dərhal məscidlərə gedin və  keçib gedənə qədər Allaha dua edib namaz qılın!

Son dövrlərdə Cəbrail tez-tez təşrif buyururdu: Həmin ilin ramazan ayında Quranı iki dəfə müqabilə (Qarşılıq, qarşılıqlı görülən iş, qarşılıqlı oxuma, müqayisə etmə mənalarına gəlir. Peyğəmbərlik dövründə hər ilin ramazan ayında o vaxta qədər nazil olan ayə və surələri Cəbrail (ə.) Allah Rəsuluna (s.ə.s.), Rəsulullah da Cəbrailə oxuyardı ki, buna müqabilə deyilir. Bu ənənəyə çevrilmişdir: hal-hazırda müsəlmanlar arasında yaşadılır, hər ramazanda məscid və evlərdə oxunur.) edir və  beləliklə, hansı ayənin hansı surənin harasına yerləşdiriləməsi və sıralamada hansı surənin harada olması dəqiqləşdirilir!

Peyğəmbərimiz yenə özünü tənhalığa verir və bir ay boyunca xanımlarından ayrı qalır. Hətta onları belə şəraitdə boşanıb-boşanmamaqda sərbəst buraxır. Çünki bəzi xanımları məqamlarına görə dünya malı istəyirdilər. Bununla Rəsulullahın münasibətini, niyyətini aydınlaşdırmağa çalışırdılar! Rəsulullah dünyasında yalnız insanlara əl tutmaq vardı və bu istək Onu üzür. Onlara iki şeydən – dünya və dünyaya aid olanla axirət və axirətə aid olanlardan birini seçə biləcəklərini deyir. Görünür, hər halı ilə insanları bir yola gətirmək istəyirdi. Yeri gələndə insanlara səslənməklə, bəzən də səssizliyə dalmaqla niyyətini çatdırır və beləliklə, hər kəsin öz iradəsi ilə gəlib təslim olmasını gözləyirdi.

Yenə bu dönəmlərdə Cəbrail bir insan surətində gəlir, Onunla üz-üzə oturub İslam, iman və ehsanın nə olduğunu və qiyamətin də nə vaxt qopacağını soruşur. Bu vəsilə ilə Allah Rəsulu dönə-dönə İslamı, imanı və ehsanı izah edir. Heç kimin qiyamətin qopma vaxtını bilməyəcəyini deyir və əlamətlərindən xəbər verir! Bu cavabdan arxasınca:

– Doğru söylədin, – deyən bu yad adamın hərəkətləri əshabda təəccüb doğurur; həm soruşur, həm də aldığı cavabları təsdiq edirdi!

Məqsəd hasil olunca yad adam – Cəbrail uzaqlaşır. Rəsulullah (s.ə.s.) da üzünü əshabına tutub:

– Onun  kim olduğunu bilirsinizmi? – deyə soruşur.

Görünür, bundan xəbərdar deyildilər və cavabı da soruşana həvalə edirlər. Rəsulullah (s.ə.s.):

– O, Cəbrail idi. Sizə dininizi öyrətmək üçün gəlmişdi, – buyurur.


[1]. "Hucurat" surəsinin 4-cü ayəsi bununla bağlı nazil olmuşdu. Bax: Taberî, el-Câmiu’l-Beyân, 26/122; Ahmed b. Hanbel, Müsned, 3/488; İbn Sa’d, Tabakât, 2/161; Vâhidî, Esbâbu Nüzûli’l-Kur’ân, 1/259
[2]. "İsra" surəsinin 76-cı ayəsinin bu fəaliyyətlər barədə nazil oması haqqında fikirlər var. Bax: Taberî, el-Câmiu’l-Beyân, 15/132; Vâhidî, Esbâbu Nüzûli’l-Kur’ân, 1/197; Süheylî, Ravdu’l-Unf, 4/293 və b.
[3]. "Tövbə" surəsi, 9/28, 29, 123
[4]. "Tövbə" surəsi, 81-82
[5]. "Tövbə" surəsi, 38-39
[6]. "Tövbə" surəsi, 41-42
[7]. "Tövbə" surəsi, 9/49
[8]. Bax: "Tövbə" surəsi, 9/86: "Allaha iman gətirin, Onun Peyğəmbəri ilə birlikdə vuruşun!" – deyən bir surə nazil edildiyi zaman aralarında sərvət sahibi olanlar səndən izin istəyib: "Qoy biz də (döyüşə çıxmayıb evdə) oturanlarla bir yerdə qalaq!" – deyərlər.)
[9]. O gün Hz.Osman minə yaxın dəvəni yükü ilə gətirib Rəsulullaha (s.ə.s.) təslim etmişdi. Bununla da kifayətlənməmiş, "başqa nə verə bilərəm" niyyəti ilə dəfələrlə evinə gedib gəlmiş və kilolarla qızıl və gümüş gətirmişdi. Bax: İbn Hişam, Sire, 5/197; İbn Ebi Şeybe,  Musannef, 6/360 (32030)
[10]. Hz.Abbas iki nəfəri döyüşə hazırlayacaq, Hz.Osman da o qədər verdiklərindən əlavə üç nəfəri  minik və silah-sursatla təmin edib Təbuka göndərəcəkdi.
[11]. Daha geniş məlumat üçün bax: Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/438, 439
[12]. Rəvayətlərdə o gün Allah Rəsulunu öz yerinə təyin etdiyi səhabənin Məhəmməd ibn Məsləmə, Siba ibn Urfuta və Abdullah ibn Ümmi Məktum olması haqqında bilgilər var. Bax: Vâkıdî, Megâzî, 1/996; Abdurrezzak, Musannef, 2/395 (3828); İbn Sa’d, Tabakât, 4/205; İbn Kesir, Sîre, 4/12
[13]. Təbukdan dönərkən bağçaya baş çəkən Rəsulullah (s.ə.s.): – Bağçan nə qədər məhsul verdi? – deyə soruşacaq və özü təxmin etdiyi kimi, on vəsaq  olduğunu görəcəkdi. Bax: Buhârî, Sahîh, 2/539 (1411); Müslim, Sahîh, 4/1785 (1392); Ebu Davud, Sünen, 3/179 (3079)
[14]. Allah Rəsulu (s.ə.s.) bunları söylədikdən sonra o gecə şiddətli bir külək əsəcəyi xəbərini vermiş və bu hadisə də gerçəkləşmişdi. Eyni zamanda Təbuk yolu gediş və gəlişi ilə yemək-içməklə bağlı bir çox möcüzələrlə dolu idi. Bax: Buhârî, Sahîh, 2/539 (1411); Müslim, Sahîh, 4/1785 (1392); Ahmed b. Hanbel, Müsned, 5/424 (23652)
[15]. 0.20 qr. ağırlığında çəki vahidi
[16]. "Tövbə" surəsi, 9/65,66 (Ya Rəsulum!) Onlardan (Təbuk döyüşünə gedərkən səni lağa qoyan münafiqlərdən nə üçün belə etdiklərini) soruşsan: "Biz ancaq söhbət edib zarafatlaşırdıq (əylənirdik)," – deyə cavab verərlər. De: "Allaha, Onun ayələrinə və Peyğəmbərinə istehzamı edirsiniz?! Əbəs yerə üzr istəməyin. Siz iman gətirdikdən sonra (daxilinizdəki ikiüzlülüyü büruzə verməklə, Allahın əmrlərini unutmaqla) artıq kafir oldunuz. Aranızda bir qismini (tövbə edəcəyinə görə) bağışlasaq da, digər qismini günahkar olduğu üçün əzaba düçar edəcəyik!)
[17]. "Tövbə" surəsi, 9/74; Münafiqlər Allaha and içirlər ki, Peyğəmbər haqqında nalayiq sözlər deməyiblər. And olsun ki, onlar küfr sözünü demiş, islamı zahirən qəbul etdikdən sonra kafir olmuş, müvəffəq ola bilmədikləri bir işə Təbuk döyüşündən qayıdarkən Peyğəmbərə qarşı hazırladıqları sui-qəsdə girişmişdilər. Münafiqlərin Peyğəmbərə və möminlərə qarşı kin-küdurət bəsləmələrinin səbəbi yalnız Allahın və Peyğəmbərinin Öz nemətləri ilə onları varlandırmasıdır. Bununla belə, əgər (ikiüzlülüklərindən və digər yaramaz əməllərindən) tövbə etsələr, onlar üçün xeyirli olar. Yox, əgər imandan üz döndərsələr, Allah onları dünyada və axirətdə şiddətli bir əzaba mübtəla edər. Yer üzündə onların nə bir dostu, nə də bir imdada yetəni var!
[18]. Hz.Abdullah müsəlman olduqdan sonra ailəsi onun hər şeyini əlindən almışdı. Xüsusən, əmisinin ciddi etirazı ilə qarşılaşmış və demək olar ki, əynindəki paltarından da məhrum edilmişdi. Anasının köməyi ilə bir qumaş parçasını ikiyə bölüb birini altdan, birini də üstən geyinərək Mədinəyə gəlmiş və bir sabah namazından sonra Rəsulullahla (s.ə.s.) görüşmüşdü. Hətta Allah Rəsulu onun bu halını – iki parça bezə büründüyünü görüb Zül-Bicadeyn adını vermişdi. Hz.Ömər ona yüksək səslə Quran oxuduğu üçün xəbərdarlıq etmişdi. Allah Rəsulu da Hz.Ömərə Hz.Abdullahdan əl çəkməsini demiş və onun Allah və Rəsuluna hicrətlə buraya gəldiyini bəyan etmişdi! Bax: Vâkıdî, Megâzî, 1/1012 və b.; İbn Esir, Usudu’l-Ğâbe, 2/104; İbn Hacer, el-İsâbe, 4/162
[19]. Hz.Bicadeynə qarşı Peyğəmbərimizin bu qədər yaxınlıq göstərməsinə, hüsnü-niyyətinə şahid olan İbn Məsud: "Kaş o vaxt məzardakı mən olaydım!"– deyə təmənna edəcəkdi. Bax: Vâkıdî, Megâzî, 1/1014; İbn Cevzî, Sıfatu’s-Safve, 1/679
[20]. Bəzi rəvayətlərə görə, hətta Herakl o gün Allah Rəsuluna bir elçi göndərib əslində, ona tabe olduğunu, ancaq vəzifəsini qorumaq üçün bunu izhar edə bilmədiyini yazmışdı. Allah Rəsulu isə onun bu münasibətini qəbul etməmiş və iman kimi önəmli bir məsələnin hökmdarlıq kimi dünyəvi məqamların kölgəsində qalmasına razı olmamışdı. Bax: Süheylî, Ravdu’l-Unf, 4/300; İbn Kayyım, Zâdu’l-Meâd, 1/116; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/457-459, 11/356
[21]. Gətirdiyi hədiyyələr arasında bir ağ qatır da var idi. Allah Rəsulu (s.ə.s.) da ona bir cübbə hədiyyə etmişdi. Bax: Buhârî, Sahîh, 2/539 (1411); 3/1153 (2990); Ebu Davud, Sünen, 3/179 (3079); Beyhakî, Sünen, 9/215
[22]. Bax: Buhârî, Sahîh, , 2/539 (1411); 3/1153 (2990); Ebu Davud, Sünen, 3/179  (3079); İbn Ebî Şeybe, Musannef, 7/422 (37006); Beyhakî, Sünen, 9/215
[23]. Bəzi rəvayətlərə görə, Şam tərəflərdə taun xəstəliyinin yayılması da Allah Rəsulunun Təbukdan daha da irəliyə getməməsinə təsir etmişdir. Hətta mövzu ilə bağlı bildirilir ki, Allah Rəsulu: "Bir yerdə taun olsa və siz də orada olsanız, nəbadə çölə çıxasınız, əgər siz başqa bir yerdəsinizsə, nəbadə bu vəziyyətdə ora gedəsiniz!" – deyə  xəbərdarlığını Təbuk günlərində etmişdir. Bax: Ahmed b. Hanbel, Müsned, 5/373 (23214); Taberânî, Mu’cemu’l-Kebir, 18/15 (21); Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/462
[24]. Ertəsi gün isə Allah Rəsulu Hz.Huzeyfəni göndərib bunların hamısını bir-bir çağırtdıracaq, bu on iki nəfərdən nə üçün belə davrandıqlarını soruşacaq və üstlərinə çox gedib aradakı pərdəni götürməyəcəkdi. Ancaq yenə də əshab bu on iki nəfərin hamısının da nifaq içində dünyadan köçdüyünü anladacaqdı. Bax: Taberî, el-Câmiu’l-Beyân, 8/207; İbn Kayyım, Zâdu-’l-Meâd, 3/477 vd.; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/467-468
[25]. "Tövbə" surəsi, 9/107-110
[26]. Allah Rəsulu (s.ə.s.) Dirar məscidinin yerini ev tikmək üçün bir səhabəyə verir. Əshab şahidlik edir ki, burada nə bir uşaq dünyaya gəlmiş, nə bir göyərçin yuva qurmuş, nə də bir toyuq kürt düşmüşdü! Bax: Vâkıdî, Megâzî, 1/1046; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 5/472
[27]. Allah Rəsulu əsl niyyətini səmimi şəkildə dilə gətirən bu insanlara danışma qadağası qoyacaq və müəyyən müddətə cəmiyyətdən təcrid edəcəkdi. O gün Kab ibn Malik kimi Mürarə ibn Rəbi və Hilal ibn Ümeyyəyə də eyni cəza tətbiq olunacaq və bu qadağa əlli gün davam edəcəkdi. Bax: Haylamaz, Reşit,  Saadet Asrına Doğan Yıldızlar, s. 207 və b.
[28]. Əslində, heyətlərin gəlişi hicri beşinci ildə müzeynəlilərlə başlamışdı. Səkkizinci ildə bu, yenidən sürətlənmiş və doqquzuncu ildə zirvə nöqtəsinə çatmışdı. Rəsulullahın vəfatına qədər də davam edən bu müddətdə Mədinəyə ümumilikdə 342 heyət gəlmişdi. Bu heyətlərin sayı barədə İbn İshaq 15 rəqəmini göstərdiyi halda, İbn Sad kimi tarixçilər bunun 60 olduğunu irəli sürmüş, İbn Qayyım və Qastalani kimi alimlər də 322 olduğunu söyləmişlər. Ehtimal ki, bu müxtəlifliyin kökündə müəyyən saydan artıq olanları heyət kimi qəbul etməmə və ya yalnız doqquzuncu ildə olan ziyarətləri nəzərə alma dayanır.
[29]. Hər gəlib qəbul etmək istəyənə də müsbət cavab verilmirdi. Hətta Qureyşin elçisi Əbu Rafinin Peyğəmbərimizlə qarşılaşarkən qəlbi yumşalır və Ona müsəlman olmaq istədiyini bildirəcəkdi. Bunun cavabında Allah Rəsulu (s.ə.s.): – Mən bir elçini işindən edə bilmərəm, get və həqiqətən, müsəlman olmaq istəyirsənsə, sonra gəl, – deyə tövsiyə edir. Bax: Əbu Davud, 3/82 (2758); Ahmed b. Hanbel, Müsned, 6/8 (23908); Taberânî, Mu’cemu’l-Kebir, 1/323 (963).
[30]. Məscidi-Nəbəviyə gələn bu müsafirlərə xidmətdə qüsura yol verilməməsinin vacibliyini xatırladan Allah Rəsulu vəfatı ərəfəsində də eyni məsələni dilə gətirəcəkdi. Bax: Buhârî, Sahîh, 3/1111 (2888), 3/1155 (2997); Müslim, Sahîh, 3/1258 (1637); Ebu Davud, 3/165 (3029)
[31]. "Ali-İmran" surəsi, 3/59-61
[32]. "İsra" surəsi, 17/32
[33]. "Bəqərə" surəsi, 2/278
[34]. "Maidə" surəsi, 5/90
[35]. Bəzi rəvayətlərə görə, yurdlarına qayıdan Saqif heyəti müsəlman olduğunu gizləmiş, Allah Rəsulunun onların təkliflərini qəbul etmədiyini söyləmiş, nəticə olaraq savaşdan başqa bir seçim olmadığını bildirmişdilər. Beləcə saqiflilər döyüş hazırlıqlarına başlamış, amma üç gün sonra müharibənin ağlabatan yol olmaması qərarına gəlmişdilər. Belə olanda heyət həqiqəti demiş və onlar da müsəlman olmuşdular. Bax: İbn Kayyim, Zâdu’l-Meâd, 3/521 vd; Zehebî, Tarihu’l-İslâm, 1/350
[36]. Məlumatlara görə, həmçinin Allah Rəsulu (s.ə.s.) bu tərəflərə bir məktub göndərib yerli xalqı İslama dəvət etmiş, Malik ibn Neməti onlara əmir təyin edərək işlərini onun (Malik ibn Nemətin) hökmləri ilə təyin etmələrini istəmişdi. Bax: İbn Kayyim, Zâdu’l-Meâd, 3/539; Sâlihî, Sübülü’l-Hüdâ ve’r-Reşâd, 6/427
[37]. Bəzi mənbələrə görə, Xalid ibn Vəlidin yerinə Hz.Əli göndərilir. Bax: Taberî, Tarih, 2/197; Beyhakî, Sünen, 2/369 (3747)
[38]. Belə də olacaqdı. Peyğəmbərimizin təlimatlarını yerinə yetirmək üçün Yəməndə olan Hz.Muaz Onun vəfat xəbərini alacaq və Mədinəyə gəlib çatanda ancaq Məscidi-Nəbəvi ilə Rəsulullahın qəbrini ziyarət edə biləcəkdi. Bax: İbn Esir, Usudu’l-Ğâbe, 2/217; İbn Hacer, el-İsâbe, 8/41 (11550)
[39]. "Tövbə" surəsi, 9/80
[40]. "Tövbə" surəsi, 9/84
[41]. Bu əmrin zilhiccə ayında nazil olması ilə bağlı da məlumat var.