Əbu Abdətəl-Anbəri (r.a.) rəvayət edir: “Müsəlmanlar Mədain şəhərini fəth etmiş, qənimətləri toplayırdı. Bu vaxt bir adam bir müşk qutusu gətirib qənimət yığana təslim etdi. Qənimət məmurunun yanında olanlar:
– Beləsini görməmişdik. İndiyə qədər yığılan qənimət içində bu qədər qiymətli əşya yoxdur! Yoxsa
digər müşkləri özünə götürdün? – dedilər. Müşk qutusunu gətirən belə dedi:
– Vallah, əgər məndə Allaha iman olmasa idi, bunu sizə gətirib təslim etməzdim! Bunu eşidincə onun adi adam olmadığını anladılar. Və:
– Sən kimsən axı? – deyə soruşdular. Həmin adam:
–Kim olduğumu deyim, siz də məni mədh edəsiniz?! Bunu başqaları da eşidərsə, məni gözlərində həddindən artıq böyüdə bilərlər. Amma mən Allaha həmd edirəm və Onun verəcəyi savaba razıyam, – dedi və uzaqlaşdı. Onun arxasınca adam göndərdilər və yoldaşlarından bu meçhul qəhramanın Amir b. Abdi Qeys olduğunu öyrəndilər.[1]
[1] İbnu’l-Cevzî, Sıfatu’s-Safve, 3/211