Səhabələr

Kəbənin təmiri və hökm verən hakim

Daş-daş inşa edilən Kəbə divarları Rüknə çatanda yenidən mübahisə başlanmış və vəziyyət gərginləşmişdi. Belə ki, hər qəbilə müqəddəs Hacərül-Əsvədi hər cəhdlə özü yerləşdirməyə çalışır və buna görə də heç cür razılığa gələ bilmirdilər. Vəziyyət o dərəcədə gərginləşir ki, demək olar ki, hamı işini-gücünü atıb dava-dalaş salmağa fürsət axtarır. Ficar döyüşlərinin yaraları yenicə sağalmışdı və o gün Məkkə əsrlərlə davam edəcək yeni bir müharibənin astanasında idi.

Elə bu əsnada Qureyşin ən yaşlı adamı Əbu Ümeyyə ayağa qalxır, döyüşməyə fürsət axtaran gərgin  məkkəlilərə səslənir:

− Ey Qureyş camaatı! Ən yaxşısı, gəlin aranızdan bir nəfər hakim təyin edin və bu anlaşılmazlığa da son qoyun. Kəbənin bu qapısından içəri daxil olan ilk adam aranızda hakim olsun və O, nə deyərsə, onu da edin!

Əvvəlcə hər kəs bu təklifi saf-çürük edir, daha ağlabatan görüb məqbul sayır. Heç kim xeyirli iş görmək məqsədilə başladıqları bir işdə əsrlərlə davam edəcək şərə qapı açmaq istəmirdi. Hamı bu təklifi qəbul etdiyi üçün çarə qapıdan ilk girəcək adamı gözləməyə qalmışdı.

Bir bazar ertəsi günü idi.[3] Uzun və səssiz intizardan sonra hamı sakitcə dayanıb eşidilən addım səslərinin sahibini gözləyirdi. Nəhayət, gözləyən Qureyşin üzünə bu qapıdan doğan ilk sima İnsanlığın Əmini Hz. Məhəmməd  idi. Onu görən kimi hamı bir ağızdan:

Davamı: 1 2 3 4 5