Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Kab ibn Ucrə (r.a.)

Tarix: 06.07.2013 | Bu məqalə 506 dəfə oxunub.

Məndən sonra bəzi idarəçilər gələcək, kim onların yanına getsə, yalanlarını həqiqət kimi qəbul etsə və haqsız işlərində ona yardım etsə, məndən deyildir. Mən də onlardan deyiləm.( Hədisi-Şərif )

Mədinəli olan Hz. Kab Peyğəmbərimizə böyük sevgi ilə bağlı idi. Rəsulullahı kədərli və ya düşüncəli görsə, səbəbini soruşar, dərhal bir şey eləməyə çalışardı. Bir dəfə Rəsulullahı ziyarət etmişdi. Mübarək sima­sının bir az solğun olduğunu gördü. “Anam-atam sizə fəda olsun, ya Rəsulallah! Sizə nə olub?” ‒ deyə soruşdu. Peyğəmbərimiz: “Üç gündür, dilimə bir şey dəymir”, ‒ buyurdu. Hz. Kabı artıq heç kim saxlaya bilməzdi. Nə olursa-olsun, nəsə tapıb Rəsulullaha gətirməli idi. Dərhal küçəyə çıxdı. Dəvələrini sulayan bir Yəhudi gördü. Quyudan çəkdiyi hər tuluq başına bir xurmaya razılaşdılar. Çox xurma qazanmışdı. Xurmaları alıb Rəsulullaha gətirdi. Peyğəmbəri­miz: “Ya Kab, bunları haradan aldın?” ‒ deyə soruşdu. Hz. Kab hadisəni ona danışdı. Rəsulullah: “Məni sevirsənmi?” ‒ buyurdu. Kab (r.a.): “Əlbəttə sevirəm!” ‒ deyincə Peyğəmbərimizin (a.s.m.) iltifat və təqdirini qazandı.

Bu hadisədən bir neçə gün keçmişdi… Hz. Kab xəstələndi. Peyğəmbəri­miz onu gör­məyincə: “Kaba nə oldu?” ‒ deyə soruşdu. Xəstə olduğunu dedilər. Rəsuli-Əkrəm səhabəsini ziyarətə getdi. Hal-xətrini soruşdu. Sonra da onu Allahın məğfirət və rəhməti ilə müjdələdi.

Kab (r.a.) Peyğəmbərimizlə birlikdə bəzi qəzvələrə qatıldı. Ümrə ziyarətində və Təbuk səfərlərində oldu. Peyğəmbərimizdən feyz aldı. Hicrətin 52-ci ilində 75 yaşındaykən vəfat etdi. Rəvayət etdiyi hədislərdən biri belədir:

“Məndən sonra bəzi idarəçilər gələcək, kim onların yanına getsə, yalanlarını həqiqət kimi qəbul etsə və haqsız işlərində ona yardım etsə, məndən deyildir. Mən də onlardan deyiləm. O insan qiyamət günü mənim hovuzumun başına yaxınlaşmayacaq. Kim onların yanına getməsə, yalanlarını həqiqət kimi qəbul etməsə və haqsız işlərində ona yardım etməsə, məndəndir, mən də ondanam və o hovuzun başında mə­nimlə görüşəcək”. 1 (Həyatus-Səhabə, 2: 196; İsabə, 3: 297; Müstədrək, 3: 479; Tirmizi, Fitən: 72; Müsnəd, 4: 243.)

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.