- Səhabələr - https://sehabe.meneviyyat.az -

Kab ibn Züheyr (r.a.)

İnsan hər eşitdiyini danışarsa, şübhəsiz,bu günah olaraq ona yetər.(Hədisi-Şərif)

Kabın nəsli şairlər nəsli idi. Atası Züheyr məşhur ərəb şairlərdən idi. Cahiliyyədə yazdığı şeirlər seçilərək Kəbənin örtüyünə asılardı. Yəhudi və Xristianların məclislərində iştirak edərdi. Ona görə də yaxın zamanda bir Peyğəmbərin çıxacağını bilirdi.

Züheyr bir gecə yuxusunda göydən bir ip uzadıldığını, əlini uzatdığı halda onu tuta bilmədiyini gördü. Bu yuxunu peyğəmbərin  vaxtına qədər yaşaya bilməyəcəyi şəklində yozdu. Övladlarına ona iman etməyi vəsiyyət etdi.

Aradan illər keçdi… Hicrətin 9-cu ilində Züheyrin oğulları Büceyr və Kab Mə­dinəyə yollandılar. Əraqul-Azzafa gələndə Büceyr qardaşına: “Sən bura­da gözlə, mən gedib Muhəmmədlə görüşüm”, ‒ dedi və Mədinəyə getdi. Rəsulullahla bir az söhbət edəndən sonra Müsəlman oldu. Qardaşı Kaba xəbər göndərib Müsəlman olduğunu bildirdi. Qardaşının müslüman olduğunu örgənincə çox qəzəbləndi. İslamı  və Peyğəmbərimizi hicv edən şeirlər yazdı.

Onun bu halına çox kədərlənən qardaşı Büceyr Müsəlman olmasını çox istəyər­di. Bir şeir yazıb göndərdi.Məktubu alan Kab nə edəcəyini uzun-uzadı düşündü. Bu vaxt hidayət nuru qəlbini nurlandırmağa başla­mışdı. Mədinəyə yollandı. Gizlicə şəhərə girdi. Mədinədə bir nəfər tanışı vardı, onun evində qonaq oldu. Səhər Rəsulullahın hüzuruna gəldi. Əlini Peyğəmbərimi­zin mübarək əlinin üstünə qoydu. Sonra da: “Ya Rəsulallah! Kab ibn Züheyr əməllərinə peşman oldu və İslamiyyəti qəbul etdi. Onu sizin yanınıza gətirsəm, bağışlayar, Müsəlmanlığını qəbul edərsinizmi?” ‒ dedi. Peyğəmbərimiz: “Bəli”, ‒ deyincə dərhal kəlmeyi-şəhadət gətirdi. Peyğəmbərimiz: “Sən kimsən?” ‒ deyə soruşdu. Kab: “Mən Kab ibn Zü­heyrəm”, ‒ de­di. Sonra da Müsəlman olduğunu, tövbə etdiyini dilə gətirən və “Bənət Süad ” sözləriylə başlayan bir qəsidə oxudu. Qəsidəni oxuyub qurtarandan sonra Peyğəmbərimiz kürəyindəki bürdəsini (xirqəsini) çıxarıb ona geyindirdi. Bu qəsidə “Qəsideyi-Bürdə” adı ilə, Kab da (r.a.) “Qəsideyi-Bürdə”nin müəllifi kimi məşhur oldu.

Kab Rəsulullahın verdiyi xirqəni Hicrətin 26-cı ilinə kimi, yəni vəfat edənə qədər özündə saxladı. Müaviyənin (r.a.) “Rəsulullahın xirqəsini bizə sat” təklifini Kab (r.a.): “Mən Rəsulullahın xirqəsini heç kimə satmaram!” ‒ deyərək rədd etdi. Lakin vəfatından sonra Kabın oğulları onu Müaviyəyə (r.a.) satdılar…

Bu mübarək xirqə xəlifədən xəlifəyə keçdi. Nəhayət, Yavuz Sultan Səlim digər əmanətlərlə birlikdə onu da Misirdən İstanbula gətirdi. Xirqə hələ də Topqapı Sarayı (Muzeyi) Xirqeyi-Səadət Dairəsində saxlanır və İki Ca­han Sərvərini xatırladan müqəddəs əmanəti hər kəs gəlib ziyarət şərəfinə nail olur.

Hz. Kabın “Qəsideyi-Bürdə”si fransız, italyan və digər bəzi dillərə çevril­miştir. Kabın (r.a.) digər qəsidə və şeirləri “Şərhi-Divani-Kab ibni Züheyr” adı ilə şərh edilmişdir.  1 (Sirə, 4: 144-158; Müstədrək, 3: 578-586.)