Belə bir rəvayət var: “Mən bir evdə bir anadan doğulan, ancaq bir-birindən uzaqda dəfn edilən insanlar (səhabələr) gördüm. Onlara fəzilətdə çatan olmazdı. Bunlar Abbasın oğulları idi: Abdullah Taifdə, Ubeydullah Mədinədə, Fəzl Suriyada, Mabəd və Əbdürrəhman İfrikiyyədə (Afrika), Qusəm Səmərqənddə, Kəsir isə Yənbuda dəfn edilmişdilər. Fəzlin məzarının Əcnadeyndə, Ubeydullahınkının isə İfrikiyyədə olduğu haqda məlumatlar da var.[1]
Fəzlin qəbri hazırda Fələstində Ramlə şəhərindədir. Abbasın Fəzl, Abdullah, Əbdürrəhman, Mabəd, Qusəm və Ümmü Həbib adlı altı övladının anası Ümmül-Fəzl Lübabə əl-Kübra binti Harisdir.
Heç bir əsil-nəcabətli qadın Ümmü Fəzl kimi bir kişidən altı igid oğul dünyaya gətirməmişdir. Qadınlar və kişilər ona daim hörmət göstərmişlər. [2]
[1] Qalaqaşəndi, Sübhül-əşa, 1/144
[2] İbn Sad, Təbəqat, 8/278