Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Məzarları bir-birindən uzaqda olan yeddi qardaş səhabə

Tarix: 04.05.2013 | Bu məqalə 438 dəfə oxunub.

Belə bir rəvayət var: “Mən bir evdə bir anadan doğulan, ancaq bir-birindən uzaqda dəfn edilən  insanlar (səhabələr) gördüm. Onlara fəzilətdə çatan olmazdı. Bunlar Abbasın oğulları idi: Abdullah Taifdə, Ubeydullah Mədinədə, Fəzl Suriyada, Mabəd və Əbdürrəhman İfrikiyyədə (Afrika), Qusəm Səmərqənddə, Kəsir isə Yənbuda dəfn edilmişdilər. Fəzlin məzarının Əcnadeyndə, Ubeydullahınkının isə İfrikiyyədə olduğu haqda məlumatlar da var.[1]

Fəzlin qəbri hazırda Fələstində Ramlə şəhərindədir. Abbasın Fəzl, Abdullah, Əbdürrəhman, Mabəd, Qusəm və Ümmü Həbib adlı altı övladının anası Ümmül-Fəzl Lübabə əl-Kübra binti Harisdir.

Heç bir əsil-nəcabətli qadın Ümmü Fəzl kimi bir kişidən altı igid oğul dünyaya gətirməmişdir. Qadınlar və kişilər ona daim hörmət göstərmişlər. [2]



[1]  Qalaqaşəndi, Sübhül-əşa, 1/144

[2] İbn Sad, Təbəqat, 8/278