Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Mehmandari-Nəbəvi

Tarix: 04.05.2013 | Bu məqalə 413 dəfə oxunub.

Mədinəli müsəlmanlardan Əbu Əyyub Xalid ibn Zeyd əl-Ənsari hicrət zamanı Rəsulullahı evində qonaq edən səha­bədir.

Mədinə müsəlmanlar üçün əmin-aman bir yer idi artıq. Ancaq Peyğəmbər hələ də bir neçə müsəlmanla birlikdə Məkkədə idi. Allah Rəsulunun hicrət üçün yola çıxacağını eşidən Əbu Əyyub həzrətləri Mədinənin Hirə adlı yerinə gəlib Rəsulullahın gəlişini gözləyirdi. Nəhayət, Peyğəmbərimiz göründü. Həzrət Əyyub nəccarlılarla birlikdə Peyğəmbərimizi qarşıladı. Hər kəs Allah Rəsulunu öz evində qonaq etməyə can atırdı. Peyğəmbər Qasva adlı dəvəsini açıb buraxdı. Dəvə Həzrət Əbu Əyyubun evinin qarşısında yerə çökdü. Rəsulullah da   Əbu Əyyubun evində qonaq qaldı. [1]

Hadisələrin davamını Həzrət Əyyubun öz dilindən din­ləyək: “Rəsuli-Əkrəm evimizin birinci mərtəbəsində, mən isə üst mərtəbədə qalırdım. Bir gün bizim otaqda yerə bir az su töküldü. Su tavandan sızıb Peyğəmbərimizin üstünə dammasın deyə bir parça götürüb qurulamağa başladım. Sonra Rəsulullahın yanına düşüb dedim ki, “Ya Rəsulullah, sən olan evin üstündə qalmaq bizə yaraşmaz, yuxarı mərtəbəyə təşrif buyur. O gündən Rəsulullah üst mərtəbəyə köçdü” [2].

Rəsulullah Həzrət Əbu Əyyubu Musab ibn Ümeyrlə qardaş elan etmişdi. Yeddi ay Rəsulullahı evində qonaq edən Əbu Əyyubəl-Ənsari Bədir, Uhud, Xəndək və digər bütün döyüşlərdə Rəsulullahın yanında olmuşdu.



[1] Müslim, Səhih, 2/192

[2] Təbəqat, 485; Hakim, Müstədrək, 3/458; Zəhəbi, Siyərü Aləmin-nübəla, 290.