Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Onun başını öpmək hər müsəlmanın borcudur

Tarix: 02.05.2013 | Bu məqalə 366 dəfə oxunub.

Ömər ibn Xəttab (r.a.) Bizansın üstünə bir ordu gön­dər­mişdir. Ordunun içində Abdullah ibn Hüzafə adlı səhabə də var idi. Bizanslılar onu əsr götürüb hökmdarın hüzuruna apardılar və onun Peyğəmbərin səhabəsi olduğunu bildirdilər. Bizans hökmdarı ona “Gəl xristian ol! Səni mal-mülk sahibi edim” dedi. O isə razı olmadı:

– Əgər bütün Bizans mülkünü və ərəblərin bütün var-dövlətini mənə versən, Məhəmmədin dinindən bir göz qırpımı qədər belə dönmərəm”. Hökmdar “O zaman səni öldürərəm” deyincə “İstədiyini elə!” cavabını verdi.

Hökmdar Abdullah ibn Hüzeyfənin çarmıxa çəkilməsini əmr etdi. Oxçulara isə onun əl və ayaqlarına yaxın yerə ox atmağı tapşırdı. Onu dəfələrlə xristianlığa dəvət edir, ancaq rədd cavabı alırdı. Hökmdar onu çarmıxdan endirməyi əmr etdi. Onun niyyəti Abdullahı daha çətin sınaq qarşısında qoyub dindən döndərmək idi. Ona görə də bir qazan su qaynadılmasını əmr etdi. Su qaynadıqdan sonra hökmdar Abdullahı qazana atmağı əmr etdi. Qazana doğru aparılan Abdullah ağlamağa başladı. Hökmdar onun ağladığını görüb, İslamdan döndüyünü zənn edərək geri qaytardı və onu yenə də xristianlığa çağırdı. O yenə də rədd elədi. Hökmdar soruşdu ki: “Bəs nə üçün ağlayırsan?”  Həzrət Abdullah belə cavab verdi: “Mən ürəyimdə öz-özümə dedim ki, indi bu qazana atılıb öləcəksən. Halbuki mən bədənimdəki tüklərin sayı qədər canım olmasını və hər dəfə də Allah yolunda qazana atılmağı arzu edirəm”. Hökmdar riqqətə gələrək ona başqa bir təklif etdi: “Əgər başımı öpsən, səni azad edərəm”. Bu təklifin digər müsəlmanları da xilas etmək üçün yaxşı fürsət olduğunu düşünən Abdullah ibn Hüzeyfə “Onda məni və bütün müsəlman əsirləri azad et” dedi. Hökmdar da qəbul etdi. Abdullah öz-özünə: “Allah düşmənlərindən biri məni və bütün müsəlman əsirləri azad edəcəksə, onun başını niyə öpməyim ki?!” deyib hökmdarın başından öpdü. Hökmdar onu və bütün müsəlman əsirləri azad etdi.

Həzrət Abdullah əsirlərlə birlikdə Mədinəyə dönüb hadisəni Həzrət Ömərə bildirdi. Hadisəni eşidən Həzrət Ömər: “Abdullahın başını öpmək hər bir müsəlmanın borcudur. Birinci də özüm öpəcəm” dedi və qalxıb onun başını öpdü.[1]



[1] Beyhaqi, Şüabül-iman, 2/244-245 (1639); Heysəmi, Məcməüz-zəvaid, 13/491-492 (37282)