Peyğəmbərimiz (s.a.s.) buyurmuşdur: “Şübhəsiz ki, Əbu Talhanın ordu içində səsi bir dəstə insandan daha yaxşıdır”.[1] Bu hədisin başqa rəvayətləri də var: “Ordu içində Əbu Talhanın səsi min nəfərdən daha xeyirlidir”,[2] “Şübhəsiz, Əbu Talhanın səsi müşriklərin ürəyinə böyük bir ordudan daha çox qorxu salır”.[3]
Səhabə Əbu Talha və Zeyd ibn Səhl əl Ənsari güclü oxçu və qorxubilməz cəngavər idi. Bu xüsusiyyət mübaliğə deyildir. Həqiqətən bəzi insanlarda belə xüsusiyyətlər müşahidə edilmişdir.
[1] Əhməd ibn Hənbəl, Müsnəd, 3/261; Hakim, Müstədrək, 3/353; Heysəmi, Məcməüz-zəvaid, 9/312.
[2] İbn Sad, Təbəqat, 3/505; Hakim, Müstədrək, 3/352.
[3] Heysəmi, Məcməüz-zəvaid, 9/312.