Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Peyğəmbərimizin əmisi Abbas ibn Əbdülmuttalib

Tarix: 14.07.2013 | Bu məqalə 1. 053 dəfə oxunub.

Artıq Rəsulullahın son günlri idi. Günəş qüruba yaxınlaşırdı. Peyğəmbərimiz özünü pis hiss edincə Həzrət Abbas Həzrət Əliyə: “Görmürsənmi? Rəsulullah vəfat etmək üzrədir. Mən Əbdülmuttalib oğullarının öləcəkləri sırada üzlərinin nə hala gəldiyini bilirəm. Gəl, Allah Rəsulunun yanına gedək və xəlifəliyi kimə təhvil verəcəyini soruşaq. Bizə təhvil versə, bunu bilək. Bizdən başqasına ötürərsə, özü ilə danışaq, bizə lazımlı tövsiyələr versin”, – dedi. Həzrət Əli bu təklifi rədd edərək: “Allahın elçisindən bunu soruşsaq və o da başçılığın bizə aid olmadığını desə, millət bizi heç bir zaman başçı etməz, onun üçün mən bunu soruşmaram”, – dedi.

 Həzrət Aişədən nəql edilən rəvayətə görə, Rəsulullah xəstələnəndə burnuna burun otu damcıladıldı. Həzrət Allah Rəsulu ayıldıqdan sonra belə dedi: “Abbasdan başqa hər birinizin burnuna bu dərman damcıladılmalıdır. Çünki Abbas dərman damcıladıldığı zaman hazır deyildi”. Başqa bir rəvayətə görə, Hz. Abbas Rəsulullahın burnuna dərman damcılatmış, Peyğəmbərimiz ayıldıqdan sonra: “Dərmanı kim damcılatdı?”, – demiş, biləndə ki Həzrət Abbas damcıladıb Peyğəmbərimzi (s.ə.s.) Həbəşistana işarə edərək: “Bu dərmanı qadınlar bu ərazidən gətirdilər. Nə üçün bu dərmanı damcılatdınız?”, – deyə soruşmuşdur. Həzrət Abbas da: “Biz sənin zatülcənb xəstəliyinə tutulmağından qorxduq”, – demişdir. Rəsulullah da bu cavabı vermişdir: “Allah məni bu xəstəliklə cəzalandırmaz. Əmim istisna olmaqla, evdə olanların hamısının burnuna bu dərman damcılatılacaqdır”.

 Hz. Abbas üç xəlifənin dövründə yaşadı. Hicrətin otuz ikinci ilində (malidi 653-cü ildə) Mədinədə səksən səkkiz yaşında vəfat etdi. Cənazə namazını Hz. Osman qıldırdı. Onun on oğlan, bir çox qız uşaqları vardır.

Hüdeybiyyə sülhü əsnasında Abbasla görüşən Peyğəmbərimiz onun baldızı Məymunə ilə evlənmişdi. Həzrət Abbasın nəslindən gələnlər sonradan Abbasilər dövlətini qurdular. Rəsulullah əmisi Hz. Abbasa hörmət göstərər, onun haqqında yaxşı sözlər deyərdi. “Abbas məndəndir, mən də ondanam”. Bir gün bir sərxoş insan tutulub aparılarkən Abbasın evinə qaçmışdı. Yenidən tutulandan sonra hadisə Rəsulullaha deyildikdə o gülümsəmiş və heç nə deməmişdi. Rəsulullah: “Əbdülmuttalib oğlu Abbas Qureyşin ən comərdi və qohumluq əlaqələrinə ən çox dəyər verənidir”, – demişdi.

Hz. Abbas qul-kölə azad etməyi çox sevərdi.

 Dövlət işlərində xəlifələr ondan məsləhət alardılar. Hz. Ömər yağış duası üçün Həzrət Abbası vəsilə etmişdi.

Dürüst, geniş düşüncəli, comərd, köməksevər bir sahabə idi.

Nəsli olduqca çoxalmışdır. Buxari və Müslimdə ondan otuz beş hədis rəvayət edilməkdədir.

Hz. Abbas Mədinədə əl-Baqi qəbirisitanlığında dəfn edilmişdir.

Davamı: 1 2

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.