Səhabələr

Qalacağı yeni yurd – Mədinə

Qəbiristanlıqdakı söhbət

Gülsüm ibnul-Hədm adlı səhabə vəfat etmişdi. Allah Rəsulu (s.ə.s.) mərhumu son mənzilə yola salmaq üçün Bayıyyul-Qarqad qəbiristanlığına gəlmişdi. Salmani-Farisi də Onun yanında idi. Salmani-Farisi Rəsulullah haqqında iki əlaməti − sədəqə götürmədiyini, hədiyyə qəbul etdiyini sınaqdan çıxarmışdı, üçüncüyə fürsət axtarır, bunu da görüb əmin olmaq istəyirdi.

Allah Rəsulunun əynində iki parçadan ibarət paltar var idi. Birini digərinin üstünə atmışdı, yaxalığı azca aralanmış, boynu görünürdü. Salmanda ümid oyanmışdı bir anda... Son şeyxinin söylədiyi peyğəmbərlik möhürünü görmək ümidi... Axırıncı əlaməti də görmək üçün Rəsulullahın arxa tərəfinə keçir. Allah Rəsulu da onun bu hərəkətini hiss etmişdi. Yəqin idi ki, bu adam nəsə axtarır... Onu çətinə salmaq istəmirdi, görsün deyə çiynindəki örtüyü bir az da aralayır.

Aman, Allahım! Bəli, bəli, möhür də var idi. Həm də eynilə ammuriyyəli rahibin dediyi kimi...

Salman özünü itirmişdi. Bəli, peyğəmbərlik möhürü də vardı. Dayana bilməyib Onun üstünə atılır və öpməyə başlayır. Özünü ələ ala bilmirdi. Bu arada da göz yaşları selə dönmüşdü. Hıçqırıqlarını saxlaya bilmirdi. Bu idi illərdir axtardığı vüslət... Sanki tale Salmanın üzünə gülmüş və “axtar” demişdi. O da yerimiş,  indi axtardığını tapmışdı və bunun həyəcanı ilə iliklərinədək həzz duyurdu.

Allah Rəsulu (sallallahu əleyhi və səlləm) Salmanı yanına çağırır və qarşısında otuzdurur. Başına gələnləri bir-bir danışdırır... İranı necə tərk etdiyini, Şama gəlişini, Mosuldakı axtarışını, Nusaybində qalmasını və Ammuriyyədə kimlərlə rastlaşdığını, orada başına gələn macəraları ardıcıllıqla danışır. Sonra da son keşişin sözlərini Rəsulullahla (s.ə.s.) bölüşür. Çox arayıb-axtarmışdı, amma indi vüsalın həzzini yaşayırdı.

Danışdıqları Peyğəmbərimizin (sallallahu əleyhi və səlləm) də xoşuna gəlmişdi. Səhabələrin də qulaq asması üçün Salmandan həyat hekayəsini təkrar danışmağı istəyəcəkdi.[56]

 
[1]. Bax: Buhari, Sahih, 3/1421 (3694); ibn Sa’d, Tabakat, 1/236
[2]. Yəsrib sözünün əvəzinə Mədinə adının işlədilməsini Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) daha çox istəyirdi, çünki Yəsrib sözü “fitnə-fəsad və ya günaha görə hesaba çəkilib cəzalandırılan” mənasına gəlirdi. Buna görə də, Allah Rəsulu (sallallahu əleyhi və səlləm): “Mədinəyə “Yəsrib” deyən Allahdan bağışlanmasını istəsin! O, təmizdir. O, təmizdir. O, təmizdir”,−buyurmuşdur. Bax: Ahmed b. Hanbel, Müsned, 4/285; Salihi, Sübülül-Hüda ver-Reşad, 3/296.
[3]. Bax: Ebu Davud, Sünen, 2/699 (4923)
[4]. İbn Kesir, el-Bidaye, ven-Nihaye, 3/197. Bəzi rəvayətlərdə bu şeirlərin Təbukdan sonra Mədinəyə daxil olarkən tərənnüm edildiyi haqda məlumat da var. Bax: ibn Kesir, Sire, 4/38.
[5]. Muhibbutaberi, er-Riyadun-Nadıra”, 1/480. Bəzi alimlər qeyd edilən ilahilərin hicrətdən sonra Mədinəyə ilk dəfə gəlişlərində yox, Təbuk döyüşündən qayıdarkən söylədiklərini bildirirlər. Bu məsələ ilə bağlı rəvayətlər birləşdiriləndə aydın olur ki, bu beytlər hər iki vaxtda oxunmuşdur. Bax: ibnul Kayyim, Zadül-Mead, 3/10; Mübarekfuri, er-Rahikul Mahtum, səh. 162
[6]. İbn Mace, Sünen, 1/612 (1899)
[7]. Rəvayətlərdə qeyd olunur ki, Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) bu ifadəni düz yeddi dəfə təkrar etmişdir.
[8]. İbn Mace, Sünen, 1/612 (1899)
[9]. Dəvənin çökdüyü yer Səhl və Süheyl adlı iki  gəncə aid bir ərazi idi və qoyun ağılı kimi istifadə olunurdu.
[10]. İbn Hişam, Sire, 3/22 və b.
[11]. Əsadül-Hımyeri güclü bir hökmdar idi. Əvvəllər Mədinəni mühasirəyə almaq üçün bura qədər gəlmiş, qarşısına çıxıb ona: “Sən buranı mühasirəyə ala bilməzsən, çünki bu məkan gələcəyini gözlədiyimiz Son Peyğəmbərin hicrət yeridir!” − deyən iki yəhudi gənci də özü ilə götürüb geri qayıtmışdı. Artıq o, iman əhli idi. Sonralar Məkkəyə gələcək və ilk dəfə Kəbəyə örtük tikdirərək yeni bir ənənənin əsasını  qoyacaqdı. Daha sonra Mədinəyə gələn hökmdar burada dörd yüz din aliminin onu gözlədiyini görəcək və bunun səbəbini soruşanda: “Bu bölgənin şərəfi burada zühur edəcək Məhəmməd adlı bir Peyğəmbərlə bağlıdır. Bura Onun hicrət edəcəyi yerdir!” − cavabını alacaqdı. Həmin hökmdar Mədinədə məskunlaşacaq, hamının gözlədiyi Son Peyğəmbərin bura hicrət edərkən qalması üçün evini inşa edəcəkdi. Özünü görmədən Ona bağlılığını elan edən bu hökmdar haqqında Allah Rəsulu da: “Tubba haqqında mənfi şeylər danışmayın, çünki o, müsəlman idi. Kəbəyə ilk dəfə örtüyünü geyindirən də Əsadül-Hımyeri idi” (Ahmed ibn Hanbel, Müsned, 4/340; Hindi, Kenzul-Ummal, 12/80-81),− deyərək onun fəzilətindən danışacaq: “Peyğəmbərdir, yoxsa yox, bunu bilmirəm” (Hindi, Kenzul-Ummal, 12/81), − deyə  iltifat göstərəcəkdi.
[12]. Əsadül-Hımyeri Mədinəyə gələndə burada dörd yüzə yaxın din alimi var idi. Onların hamısı Son Peyğəmbərin gələcəyini gözləyirdi. Onlardan bunun səbəbini soruşanda “Biz kitablarımızda gorürük ki, Allahın göndərəcəyi Son peyğəmbər Məhəmməd bura hicrət edəcək. Biz Onu burada qarşılamaq üçün gözləyirik”, − cavabını eşitmişdi. Onların bu səmimi niyyətlərini görən Hımyeri hər birinə bir ev tikdirəcək, bu şəxslərin başqa ehtiyaclarını da təmin edəcək və bununla da Peyğəmbərimizə həsrət könüllərə az da olsa, təsəlli olmağa çalışacaqdı. Bax: Salihi, Sübülül-Huda,ver-Reşad 3/274.
[13]. Bax: Halebi, Sire, 2/278, 279
[14]. Bax: ibn Kesir, Tefsir, 4/183
[15]. Hətta zəif məlumat da olsa, bəzi rəvayətlərdə Əba Əyyub əl-Ənsarinin bu şeiri şəxsən evinə təşrif gətirən Peyğəmbərimizə (sallallahu əleyhi və səlləm) təqdim etməsi (Bax: Salihi, Sübülül-Huda ver-Reşad,, 3/274), yaxud zühurunu eşidən kimi bu məktubu Əbu Leyla adlı bir elçi ilə Allah Rəsuluna çatdırması haqqında bilgilər vardır. Əbu Leyla ilə qarşılaşan Rəsulullah (sallallahu əleyhi və səlləm): “Sən Tubba hökmdarının məktubunu gətirən Əbu Leylasanmı?” − deyə soruşmuş və o da: “Bəli, bəs Sən kimsən?” − deyə suala sualla cavab vermişdi. “Mən Məhəmmədəm. Məktubu gətir”, − deyəndən sonra Əbu Leylanın verdiyi məktubu açıb oxumuşdu. Məktubun üstündə bunlar yazılmışdı: “Aləmlərin Rəbbinin Elçisi və bütün peyğəmbərlərin sonuncusu Abdullahın oğlu Məhəmmədə Hımyerin ilk Tubbasından”. Məlikin məktubun elə üstündəki ifadələrdə Rəsulullaha olan ehtiramını dilə gətirməsi və Rəsulullahın ismini öz adından əvvəl yazması diqqətçəkən məqamdır. Məktubda bunlar yazılmışdı: “Ya Məhəmməd! Mən Sənə, Sənin və bütün varlığın Rəbbinə, Rəbbindən gətirdiyin hər şeyin imanın və İslamın şüarları olduğuna iman gətirdim. Bunun səbəbi isə bu yazı vasitəsilə Sənə xəbər çatdırıb sabah axirət günündə mənə şəfaət etməyin və məni unutmamağınla bağlıdır. Bunu bil ki, mən Sən hələ gəlməmişdən və Allah da hələ Səni göndərməmişdən əvvəl Sənə iman gətirən qabaqcıllardanam. Mən Sənin və İbrahimin dini üzərindəyəm”. Məktubu oxuduqdan sonra “Əvvəl və axır etibarilə hər şey Allaha aiddir” mənasındakı ayəni oxuyan Allah Rəsulu üç dəfə: − Sənə də salam olsun, ey Tubbadakı saleh qardaş, − deyə cavab vermişdi. Bax: Halebi, “Sire”, 2/278, 279.
[16]. Mədinə əhalisinin mənşəyi ilə bağlı müxtəlif rəvayətlər var. Hz. Musa ilə birlikdə həccə gələn İsrail oğullarından bir qrup gözlənilən Son Peyğəmbərin vəsflərini bildikləri üçün burada qalıb Onu gözləmək istəmişdilər. Həmçinin yaşadıqları yerdə Buxtunnasır adlı zalım bir hökmdar var idi və orada özlərini əmin-amanlıqda hiss etmirdilər. Şamdan Yəmənə kimi məskən salmaq üçün yer axtarmış və Tövratda bəhs olunan xüsusiyyətlərə uyğun gələn yer kimi ən axırda Mədinəni tapmışdılar. Bunların ilk gəldikləri yer Bəni-Qaynuqa bazarının yerləşdiyi ərazi  idi. Sonralar başqa ərəb tayfaları onlarla birlikdə Mədinə şəhərini meydana gətirmişdilər. Digər bir rəvayətdə isə bunlardan əvvəl amelikalıların burada yerləşdikləri bildirilir. Əvs və Xazrəc isə Yəmən tərəflərdən buraya gəlmiş və oradakı çətinliklərdən xilas olmaq üçün Mədinədə məskunlaşmışdı. Bax: Salihi, Sübülül-Huda ver-Reşad, 3/271 və b.
[17]. Bax: Salihi, Sübülü’l-Huda ve’r-Reşad, 3/275
[18]. Muslim, Sahih, 3/1623 (2053)
[19]. Muslim, Sahih, 3/1623 (2053); Ahmed b. Hanbel, Müsned, 5/420 (23616)
[20]. Haqqında danışılan yemək çoxlu soğan və ya sarımsaq olan yemək idi. Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) vəhy mələyi Cəbraillə görüşdüyü üçün yeməyi iyinə görə xoşlamamış və buna görə də, yeməmişdi. Bax: Müslim, “Sahih”, 3/1623 (2053); ibn Hişam, “Sire”, 3/27−28.
[21]. Ahmed b. Hanbel, Müsned, 3/111 (12110)
[22]. Daha sonra, Hz. Həmzə Uhud günü hicrətdəki qardaşını özünə varis təyin edəcəkdi.  Bax: ibn Kesir, el-Bidaye ven-Nihaye, 3/226.
[23]. Bəzi mənbələrdə Zübeyir ibn Avvamın Abdullah ibn Məsudla qardaşlaşdığı qeyd edilir.
[24]. Bu vaxtlar  Hz. Cəfər ibn Əbu Talib hələ Həbəşistanda idi.
[25]. Hz. Bilal Hz. Ömərin qurduğu Divanda qeydiyyat aparılarkən “Rəsulullahın elan etdiyi qardaşlıqdan əsla ayrılmaram”, − deyərək hicrətdən sonrakı qardaşı Əbu Ruveyha ilə adını birləşdirəcək və bundan sonra həbəşlilərin adı həmişə Hasamoğulları ilə bir yerdə yad ediləcəkdi. Bu gün onun qəbri də Şamda Hasam məhəlləsindədir. Bax: ibn Sad, Tabakat, 3/234
[26]. Bax: ibn Sa’d, Tabakat, 1/238
[27]. Bax: “Haşir” surəsi, 59/9
[28]. Bax: Ahmed b. Hanbel, Müsned, 3/190, 271; ibn Sa’d, Tabakat, 3/126
[29]. Bax: Buhari, Sahih, 3/1378 (3569-3571); Muslim, Sahih, 2/1042 (1428); ibn Sa’d, Tabakat, 3/126
[30]. Bax: Buhari, Sahih, 3/1378 (3571)
[31]. Bax: Hakim, Müstedrek, 2/199 (4833); ibn Teymiye, Mecmuatu’l-Fetava, 14/157
[32]. Bax: “Şura” surəsi, 42/23
[33]. Vahidi, Esbabu Nuzuli’l-Kur’an, s. 389
[34]. Bu məkan eyni zamanda Peyğəmbərimiz (sallallahu əleyhi və səlləm) və  mühacirlər Mədinəyə gəlməmişdən əvvəl də namaz qılmaq üçün möminlərin bir yerə yığışdığı yer idi. Onların namazlarını Əsad ibn Zürarə qıldırırdı. Bax: ibn Sad, Tabakat, 1/239, 240.
[35]. Bax: Ahmed b. Hanbel, Müsned, 3/211 (13231); ibn Sa’d, Tabakat, 1/239, 240
[36]. Tayalisi, Müsned, 1/277 (2085) ; ibn Sa’d, Tabakat, 1/240
[37]. Buhari, Sahih, 3/1421 (3694) ; ibn Sa’d, Tabakat, 1/239, 240
[38]. Bax: Mübarekfuri, er-Rahiku’l-Mahtum, s. 174
[39]. Müslim, Sahih, 4/2236 (2916); Hakim, Müstedrek, 2/162 (2652); ibn Sad, Tabakat, 1/239, 240. Hz. Ammar bu hadisədən təxminən 37 il sonra Sıffın günü Hz. Əlinin tərəfində şəhid edilmişdi. Hz. Ammar şəhid ediləndə belə o, haqlılıq məsələsində bir meyar olmuş və bununla onun ölümü də İslam vəhdətinə xidmət etmişdir.
[40]. Bir zira insanın dirsəyi ilə barmaqlarının ucuna kimi olan ölçü vahididir. Orta hesabla 63 sm-ə bərabərdir. Bu hesaba əsasən, Məscidi-Nəbəvinin hər bir tərəfinin uzunluğu təxminən 62 metr, məscidin sahəsi də 3900 kvadratmetr olur (Ölçülər zirai-Haşimiyə  əsasən çıxarılmışdır).
[41]. Bax: Buhari, Sahih, 1/137 (343); Muslim, Sahih, 1/478 (685)
[42]. Bax: Darimi, Sünen, 1/29
[43]. Zaman keçəcək, Məscidi-Nəbəvi yenidən inşa edilərkən bu kötüyü Ubeyy ibn Kab götürüb Peyğəmbərimizə aid bir xatirə kimi evinə aparacaqdı. Bax: ibn Sad, Tabakat, 1/252,253)
[44]. Bax: Ebu Davud, Sünen, 1/189 (499); ibn Hibban, Sahih, 4/573 (1679); Beyhaki, Sünenu’l-Kubra, 1/390 (1704); ibn Hişam, Sire, 3/40-42
[45]. Bax: ibn Sa’d, Tabakat, 1/255, 256; 2/363; 8/25
[46]. Bax: “Bəqərə” surəsi, 2/273
[47]. İbn Sa’d, Tabakat, 2/363
[48]. İbn Sa’d, Tabakat, 2/363
[49]. Bax: “Qəsəs” surəsi, 28/79
[50]. Bax: “Şura” surəsi, 42/27; Vahidi, Esbabu Nuzuli’l-Kur’an, s. 389, 390
[51]. Bax: Kurtubi, el-Cami’ li ahkami’l-Kur’an, 16/168
[52]. “Zumər” surəsi, 39/53
[53]. Vahidi, Esbabu Nuzuli’l-Kur’an, s. 384, 385
[54]. Ahmed b. Hanbel, Müsned, 4/138; Hakim, Müstedrek, 4/214; Heysemi, Mecmaü’z-Zevaid, 5/98
[55]. İbn Hişam, Sire, 3/39
[56]. Ahmed b. Hanbel, Müsned, 5/441 (23788); İbnü’l-Esir, Üsüdü’l-Ğabe, 2/512