Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Quran oxuyarkən mələklərin dinlədiyi səhabə

Tarix: 02.05.2013 | Bu məqalə 476 dəfə oxunub.

Useyd ibn Xudayr Sad ibn Muazla birlikdə Musab ibn Ümeyrin vəsiləsi ilə müsəlman olan səhabələrdir. Useyd ibn Xudayrın səsi çox gözəl idi. Peyğəmbərimiz (s.a.s.) onu “O, nə yaxşı insandır” deyə təqdir etmişdi. O, gözəl səsini Qurani-Kərimi oxumaqla süsləyirdi.

Bir dəfə Həzrət Useyd həyətdə “Bəqərə” surəsini oxuyurdu.­ Bu vaxt yanında bağlı olan atı şahə qalxdı. Həzrət Useyd oxumağı dayandırdı, at da sakitləşdi. Təkrar oxumağa başlayanda at yenə də kişnəyib şahə qalxdı. Üseyd bu dəfə oxumağı saxlayıb atın yanına getdi və başını qaldırıb səmaya baxdı. Başının üstündə sis içində çoxlu sayda şama oxşar parıltı gördü və çaşıb qaldı. Çox keçmədən bu parıltı seli səmaya çəkilib qeyb oldu.

Həzrət Useyd sabah olar-olmaz Rəsulullahın (s.a.s.) hüzuruna getdi və gördüklərini danışdı. Hadisəni dinləyən Pey­ğəmbərimiz buyurdu:

– Ey Xudayrın oğlu! Bilirsən, onlar nədir?

– Xeyr, ya Rəsulallah.

– Ey Üseyd, onlar mələklər idi. Sənin Quran oxumağını dinləməyə gəlmişdilər. Səsini dinləyirdilər. Sən oxusaydın, səhərə qədər səni dinləyərdilər, insanlar da onları görərdi. Onlar da insanlardan gizlənməzdilər.

Həzrət Useyd Quran oxumaqdan və dinləməkdən, Rə­su­lullahın söhbətlərinə qulaq asmaqdan doymurdu. “Bircə arzum var: ömrümü üç yerdə başa vurmaq. Quran oxuyanda və dinləyəndə, Rəsulullahın (s.a.s.) xütbəsinə və söhbətlərinə qulaq asanda, bir cənazəni görəndə keçirdiyim hislərlə ömrümü başa vurmaq istəyirəm”.[1]


[1] “Altınoluk” dərgisi, 1994/yanvar, say: 95