Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Rəsulullahın həvarisi

Tarix: 04.05.2013 | Bu məqalə 466 dəfə oxunub.

Zübeyir ibn Avvam Peyğəmbərimizin (s.a.s.) dostu və hə­va­risi (köməkçisi), həm də bibisi Safiyyə binti Əbdülmüttəllibin oğlu idi. Həmçinin sağlığında cənnətlə müjdələnən səha­bə­lər­dən biri idi. O, Həzrət Ömərin vəfatından əvvəl yeni xəlifə seçmək üçün qurduğu 6 nəfərlik “Əshabüş-şüəra” heyətinin bir üzvü idi. Bədir döyüşündə müsəlman ordusunun cəmi bir neçə süvarisi var idi ki, onlardan biri də Zübeyr ibn Avvam idi. Atının adı “Yasub” idi. Həzrət Zübeyr Bədir döyüşündə bir çox müşriki canından etmiş, “Qureyşin aslanı” və “Mütəlliboğullarının aslanı” ləqəbi ilə məşhur olan əmisi Nofəli öldürmüşdü.[1]

Yermük döyüşündə səhabələr Həzrət Zübeyrə: “Ey Zübeyr rumlara (bizanslılara) güclü hücum elə, biz də səninlə bərabər hücum edək” − demişdilər. Həzrət Zübeyr də rumların üstünə atılmışdı. Bu çarpışmada düşmənlər Zübeyrin çiyninə iki qılınc zərbəsi endirmişdilər. Bu iki yaranın arasında Bədir döyüşündən qalma bir çuxur var idi. Oğlu Urvə: “Mən uşaq olanda bu yara yerinə barmaqlarımı soxub oynadardım”, − demişdi. [2]

Cəsur Zübeyr Məkkədə Allah yolunda ilk qılınc çəkən səhabə idi. Mədinəyə hicrət etdikdən sonra bütün döyüşlərdə iştirak etmiş və Peyğəmbərin (s.a.s.) çətin anlarında daim yanında olmuşdur. Döyüşlərdə göstərdiyi şücaətə və mahir ox atmasına görə, Rəsulullah ona: “Haydı at! Anam-atam sənə fəda olsun”, − deyə məmnunluğunu bildirmişdi.

Kainatın Fəxri Peyğəmbərimiz (s.a.s.) onun haqqında belə buyurmuşdu: “Hər peyğəmbərin bir həvarisi vardır, mənim həvarim də Zübeyrdir”.[3]



[1] İbn Hişam, a.ç.ə., 1/666, 708

[2] Buxari, Fədailü əshabin-Nəbi, 13

[3] İbn Abdilbərr, a.ç.ə., 2/511, 512, 513; Buxari, Fədailü əshabin-Nəbi, 13

 

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.