- Səhabələr - https://sehabe.meneviyyat.az -

Rəsulullahın (s.ə.s.) zahidanə həyatı

İbn Abbas rəvayət edir: “Həzrəti Ömər Rəsulullahın (s.ə.s.) hüzuruna gələndə Peyğəmbərimiz bir həsir üstündə uzanmışdı. Həsir mübarək bədənin iz salmışdı. Bunu görən Həzrəti Ömər:

– Ey Allahın Rəsulu, özünə yumşaq bir yataq hazırlatdırsan, olmazdımı? – deyə soruşdu. Rəsulullah:

– Mənim bu dünya ilə nə əlaqəm var! Bu dünyada qalası deyiləm. Mən bu dünyada isti bir yay günü yola çıxan və bir ağacın kölgəsində istirahətə çəkilən, sonra da yoluna davam edən bir səyyah kimiyəm”.[1]

İbn Ömər rəvayət edir: “Allah Rəsulu (s.ə.s.) ilə birgə gedirdik. Ənsardan bəziləri xurma bağına girəndə Peyğəmbərimiz yerə tökülən xurmalardan götürüb yeməyə başladı. Mənə:

– Ey İbn Ömər, sən nə üçün yemirsən? – dedi. Mən də:

– İştaham yoxdur, ey Allahın Rəsulu, – dedim.

– Amma mənim iştaham var, çünki dörd gündür,heç nə yeməmişəm. Rəbbimə dua etsəydim, mənə Qeysərin və Kisraların səltənətini verərdi. Ey İbn Ömər, bir illik ərzağını qabaqcadan ayırıb saxlayan və imanı zəif bir cəmiyyətdə yaşasaydın, halın necə olardı, görəsən? – dedi.İbn Ömər deyir: “Vallah, bu hadisədən çox keçməmiş bu ayə nazil oldu: “(Yer üzündə zəiflikləri ucbatından) ruzisini daşıya (əldə edə) bilməyən neçə-neçə canlılar vardır. Onların da, sizin də ruzinizi Allah verir. O, (hər şeyi) eşidəndir, biləndir”.(Ənkəbut , 29/60) Bu

ayənin nazil olmasından dərhal sonra Allah Rəsulu belə buyurdu: “Allah mənə mal-dövlət yığmağı və arzularımı düşünməyi əmr etmədi. Kim əbədi həyatı varmış kimi dünya malını yığsa, bilməlidir ki, həyat Allahın əlindədir. Bunu elan edirəm:

– Mən heç vaxt dinar, dirhəm yığmaram və sabah üçün yemək ayırmaram”.[2]

Həzrəti Aişənin rəvayəti

Həzrəti Aişə rəvayət edir: “Allah Rəsuluna bal və süd qarışığı bir bardaq içəcək gətirdilər. Allah Rəsulu  (s.ə.s.):

– Bir bardaq, iki içəcək və iki azuqə var, buna ehtiyacım yoxdur. Yanlış anlaşılmasın, bunun haram olduğunu demirəm. Lakin qorxuram ki, qiyamət günündə Allah məndən bunun hesabını soruşan. Mən Allah üçün təvazökar davranıram. Kim Allah üçün təvazökar olsa,

Allah onu ucaldar. Kim də təkəbbürlənsə, Allah onu alçaldar. Hər kim orta yol olan qənaətkarlığı özünə şüar seçsə, Allah ona maddi və mənəvi zənginlik verər. Allah ölümü çox ananları da sevər, – buyurdu.[3]

 



[1] Heysemî, Mecmau’z-Zevâid, 10/587 (18299)

[2] İbn Kesîr, Tefsîr, 3/420.

[3] Heysemî, Mecmau’z-Zevâid, 10/585 (18294)