Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Rəsulullahın (s.a.s.) müəzzinləri

Tarix: 05.05.2013 | Bu məqalə 431 dəfə oxunub.

Allah Rəsulunun dörd müəzzini var idi: Mədinədə Bilal ibn Rabah əl-Həbəşi və İbn Ümmü Məktum, Kubada Sad əl-Karaz, Məkkədə Əbu Məhzurə.

Bilal Həbəşi İslamı ilk qəbul edənlərdən olub Rəsulullahın da ilk müəzzinidir. Peyğəmbərimiz (s.a.s) çıxdığı səfərlərdə onu həmişə özü ilə aparırdı. İlk azan və iqamə oxuyan Bilal Həbəşidir. Rəsulullahın vəfatına qədər müəzzinlik etmişdi. Peyğəmbərimiz (s.a.s) çox vaxt azanı Həzrət Bilala oxutdururdu. Hətta sübh azanındakı “Əs-salatu xayrun minən-nəvm” (namaz yuxudan xeyirlidir) cümləsini Həzrət Bilal əlavə etmişdi. Peyğəmbərimiz (s.a.s) də: “Bu nə gözəl sözdür!” deyib onu tə­rifləmişdir.[1] Peyğəmbərimiz (s.a.s) vəfatına çox üzülən Həz­rət Bilal Mədinədə qala bilməyib Şama köçmüşdür.

İbni Ümmi Məktum əl-Qureyşi Həzrət Xədicənin (r.a.) dayısı oğlu idi. Bilal Həbəşi təhəccüd namazı üçün, İbn Ümmü Məktum isə sübh namazının qılınması üçün azan oxuyurdu.

Əbu Məhzurənin gözəl səsi var idi və gözəl azan oxuyurdu. İki cahan sərvəri Rəsulullah Məkkənin fəthindən sonra onu Məkkədə müəzzin təyin etmişdi. Övladları da Harun ər-Rəşidin dövrünə qədər Məkkə müəzzini olmuşdur.

Sad əl-Karaz, Ammar ibn Yasirin azad etdiyi kölədir. Allah Rəsulu onu Kuba məscidinə müəzzin təyin etmişdi. Allah Rəsulunun vəfatından sonra Bilal Həbəşi Şama getmiş və Sad əl-Karaz da onun yerinə müəzzin təyin edilmişdi.  Ondan sonra övladları müəzzinlik etmişdi.



[1] Eynül-Məbud Şərhü Sünəni Əbu Davud, 3/185; İbn Macə, Əzan, 1,3.