- Səhabələr - https://sehabe.meneviyyat.az -

Rəsulullahın xidmətçisi

Ənəs ibn Malik on il Rəsulullaha qulluq etmiş, buna görə də “Xadimu-Rəsulullah” (Allah Rəsulunun xidmətçisi) ünvanını almışdır.

Həzrət Ənəs nəql edir: “Peyğəmbərimiz Mədinəyə hicrət edəndə (ögey atam) Əbu Talha əlimdən tutub məni Allah Rəsu­lunun yanına gətirdi və belə dedi: “Ya Rəsulullah Ənəs çox ağıllı uşaqdır. Sizə xidmət etsin”. Beləcə mən Peyğəmbərin xidmətçisi oldum. İstər evdə, istərsə də səfərə çıxanda on il ona qulluq elədim. Vallah, heç vaxt işlədiyim bir qüsura görə “Niyə belə etdin ” və ya görmədiyim bir işdən ötrü “ bunu nə üçün etmədin” deməmişdi. [1]



[1] Müslim, Fəzailül-səhabə, 52