Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Səhabə kimdir?

Tarix: 30.05.2013 | Bu məqalə 3. 252 dəfə oxunub.

   Səhabə”, “səhabi” kəlməsinin cəm formasıdır. Səhabi kəlməsi ərəb mənşəli olub, lüğət mənası söhbət etdi, dostluq etdi mənalarını verən [s-h-b] feilinin kökündən əmələ gəlmişdir. Az və ya çox, qısa və ya uzun söhbətdə iştirak edənə bu ad verilir. “Sahabi” kəliməsinin bizim dilimizdə də çox işlədilən bir başqa cəm forması da “əshab” kəliməsidir.

   Səhabə sözünün söhbət kəlməsindən əmələ gəldiyini yuxarıda qeyd etmişdik. Söhbətin də alt, yaxud üst sərhədi yoxdur. Burada hədis alimləri arasındakı ixtilaflara toxunmuruq. Rəsulu Əkrəmin söhbətində uzun, ya da qısa müddətə olsun iştirak edən hər kəs səhabədir. Bu insanlar başqası ilə deyil, Allahın Həbibi ilə görüşmüş, Onun söhbətinə iştirak etmişdirlər. Bu şərəfin özü də onların səhabə sayılmaları üçün yetərlidir. Böyük İslam alimi Bediuzzaman səhabənin daha sonrakı dövrlərdə yaşayan möminlərdən fərqini belə izah edir: “… nəbəvi söhbət elə bir iksirdir ki, bir dəqiqə bu söhbətdə iştirak edən bir kəs, ancaq illər uzunu çalışıb-çapalayaraq seyru-sülukla görülə bilən həqiqətləri əldə edər…”[1]

  Bəziləri, Allah Rəsulu ilə (səllallahu əleyhi və səlləm) bir il hətta, iki il birlikdə olma şərtini irəli sürmüşlər. Anacaq cumhura görə, Allah Rəsulunun (səllallahu əleyhi və səlləm) mübarək atmosferi içinə girən və o atmosferdən ürəyinə və ruhuna ilhamlar əks edən, az dəxi olsa Onun nurlu iqlimindən istifadə edib və vədə vəfa içində ölüb gedən hər möminin, səhabə sayılacağında ittifaq vardır. Kafir, Rəsulullahı (səllallahu əleyhi və səlləm) əlli min dəfə də görsə, səhabə ola bilməz.[2] Ondan hədis rəvayət etmək səhabə kimi qəbul edilmək üçün şərt deyildir.

  Bir şəxsin səhabə olaraq qəbul edilməsi üçün Peyğəmbərimizi görməklə yanaşı, möminlik sifətlərinə sahib olmaq lazımdır. Mömin olmayanlar və ya (Allah qorusun) Ona iman gətirdikdən sonra dinini dəyişdirməklə mürtəd olanlar səhabə sayılmırlar. Şərtləri bir daha qeyd edək:

1.Allah Rəsulunu görmək

2.Onunla az da olsa həmsöhbət olmaq.

3.Mömin kimi vəfat etmək lazımdır.


[1]daha ətraflı məlumat üçün Sözlər, 27-ci sözün zeyli

[2] Fətullah Gülən, Sonsuz Nur-3-dən qismən iqtibas edilmişdir.