Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Səhabələrin ən alimi və ən biliklisi

Tarix: 06.05.2013 | Bu məqalə 808 dəfə oxunub.

Çünki namaz və zəkatı bir hökm kimi götürmək məsələsində ondan savayı, bütün səhabələr fikir bildirməkdən çəkinmişdi. Məsələ ilə bağlı Həzrət Əbu Bəkirlə görüşüb onun fikrini öyrənmiş və doğru olduğunu anlayıb qəbul etmişdilər.

İbn Ömər “Rəsulullahın (s.a.s.) zamanında kimlər fətva verirdi?” sualına: “Həzrət Əbu Bəkir və Ömərdən başqasını bilmirəm” cavabını vermişdir.[5] Eyni zamanda Allah Rə­su­lunun hüzurunda Həzrət Əbu Bəkirdən başqa fətva verən olmamışdır. Peyğəmbərimiz vəfatından əvvəl xütbədə dediyi “Allahın dünya və ya axirəti seçməkdə sərbəstlik verdiyi qul” sözünü ancaq Həzrət Əbu Bəkir anlamış və özünü saxlaya bilməyib hönkürtü ilə ağlamışdı. Səhabələr onun nə üçün ağladığını anlamayıb təəccüb etmişdilər.

Həzrət Ömər “O, ən bilikli və Allahdan ən çox qorxan insanlardan idi” demişdi.

İbn Kəsirdə nəql edilir:

“Səhabələr arasında Quranı ən yaxşı Həzrət Əbu Bəkir bilirdi. Çünki “(Camaata) Quranı ən yaxşı bilənlər (oxuyanlar) imamlıq etsin”[6] buyuran Allah Rəsulu (s.a.s.) onu özündən sonra ilk imam təyin etmişdi.[7] Eyni zamanda Həzrət Əbu Bəkir Peyğəmbərin sünnəsini də ən yaxşı bilən səhabə idi. Belə ki, səhabələr bir çox anlaşılmaz məsələdə ona baş vurmuş, o da Rəsulullahdan (s.a.s.) öyrəndiyi (əshabın bilmədiyi) sünnətləri nəql etmişdi. Peyğəmbərliyin ilk günlərindən Rəsulullahın vəfatınadək yanından ayrılmamış, əksər hadisələrə şahidlik etmiş və Nəbi söhbətinin daimi dinləyicisi olmuşdu. O, Allahın ən bilikli qullarından idi. Az hədis rəvayət etməsi isə cəmi iki il xəlifə olması və Peyğəmbərdən iki il sonra dünyadan köçməsi ilə izah olunur. Əgər ömür vəfa eləsəydi, həqiqətən çox hədis rəvayət edər, ravilər bircə hədisi buraxmazdılar. Amma səhabələr onun da iştirak etdiyi hadisələrlə bağlı hədisləri ondan rəvayət etməyə ehtiyac görməmişlər. Onlar bilmədikləri hədisləri Həzrət Əbu Bəkirdən rəvayət edirdilər. Həzrət Əbu Bəkir eyni zamanda yuxu yozmağı da ən yaxşı bilənlərdən idi.[8]  Ondan yüz dörd hədis rəvayət edilmişdir[9]. Bundan başqa, səhabələr arasında düzgün qərar verməkdə və  hadisələri qavramaqda ona çatan olmazdı.[10]

Həzrət Əli də elminə görə ən məşhur səhabələrdəndir. Həz­­rət Əlinin elmi, fətvaları, hikmətləri və hadisələrlə bağlı irəli sürdüyü çözümlər buna bariz sübutdur.[11]



[1] İbn Sad, Təbəqat, 7/110.

[2] Müslim, Müsaqət, 87.

[3] Buxari, Zəkat 1, Etisam 2; Müslim, İman 32.

[4] Əbu İshaq əş-Şirazi, Təbəqat, səh. 18-19.

[5] Kəttani, Təratibül-İdariyyə, 1/139.

[6] Buxari, Əzan 54; Əbu Davud, Səlat 60.

[7] İbn Kəsir, əl-Bidayə vən-nihayə, 5/236.

[8] Suyuti, Tarixül-xüləfa, səh. 47.

[9] Suyuti, Tarixül-xüləfa, səh. 96-104.

[10] Suyuti, Tarixül-xüləfa, səh. 49.

[11] Kəttani, Təratibül-İdariyyə, 3/174.

Davamı: 1 2

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.