Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Səhabələrin hadisələrdən ibrət götürməsi

Tarix: 05.05.2013 | Bu məqalə 431 dəfə oxunub.

Cübeyr b. Nüfeyr (r.a.) rəvayət edir: “Kiprin fəthi zamanı götürülən əsirlər müsəlman əsgərlər arasında bölüşdürülürdü. Bu vaxt bəz əsirlər ağlayırdı. Baxdım ki, Əbud-Dərda bir kənarda təkbaşına çöməlib ağlayır!

– Ey Əbud-Dərda, Allahın İslamı və müsəlmanları əziz və qalib etdiyi belə bir gündə niyə ağlayırsan? – dedim. Mənə bu cavabı verdi:

– Çox qəribəsən, Cübeyr! Baxsana, Allahın əmrlərinə boyun əyməyənlər necə zillətə düçar olur?Bir zamanlar bu insanlar da güclü, qüvvətli və səltənət sahibi idilər, ancaq indi gördüyün kimi, Allahın buyruqlarını yerinə yetirmədikərinə görə əsarətə məhkum

oldular. Köləliyə məhkum olan bir millət isə Allahın inayətindən və köməyindən məhrum qalar.”[1]



[1]Ebû Nuaym, Hilye, 1/216.

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.