Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Səhabələrdən fitva verən imamlar

Tarix: 04.05.2013 | Bu məqalə 387 dəfə oxunub.

Səhabələrdən ən çox fitva verənlər yeddi nəfərdir: Həzrət Ömər, Həzrət Əli, İbn Məsud, İbn Ömər, İbn Abbas, Zeyd ibn Sabit və Həzrət Aişədir.

İbn Hazm deyir: “Bu səhabələrin hər birinin verdiyi fitvalar bir cildlik qalın kitab edər. Bu yeddi nəfərdən sonra ən çox fitva verən 20 nəfərdir: Həzrət Əbu Bəkir, Həzrət Osman, Əbu Musa, Həzrət Muaz, Həzrət Sad ibn Əbu Vaqqas, Əbu Hüreyrə, Həzrət Ənəs, Abdullah ibn Amr ibn As, Həzrət Səlman, Həzrət Cabir, Əbu Səid, Həzrət Talha, Həzrət Zübeyr, Əbdürrəhman ibn Avf, İmran ibn Hüsyan, Nüfey ibn Haris, Übadə ibn Samit, Müaviyyə, İbnüs-Zübeyr, Ümmü Sələmə. Bu səhabələrin hər birinin fitvasından isə kiçik bir cüz (20 səhifəlik kitabça) hazırlamaq olar.[1]

Bundan əlavə təxminən 120 səhabə çox az fitva vermişdir. Onlardan 2-3 məsələ rəvayət edilmişdir. Übeyy ibn Kab, Əbu Dərda, Əbu Talha və Həzrət Miqdadı misal göstərə bilərik. Bu şəxslərin fitvalarını yığıb bir cüz tərtib etmək olar”. [2]

İbn Hazmın bu dəyərləndirməsini şərh edən Nəvəvi deyir: “Səhabələrdən ancaq müəyyən məsələlər rəvayət olunmuşdur.­ Onlar meydana gələn hadisələrlə əlaqədar fitva vermiş, in­sanları hələ olmamış hadisələr haqda sual verməkdən çə­kin­dirmişlər. Çünki onların əsas qayəsi İslamı ucaltmaq na­minə kafirlərlə cihada, nəfslə mübarizəyə və ibadətə yönəlmişdi”. [3]

Rəsulullahın zamanında səhabələr elm öyrənənlər və öyrə­dənlər, ticarətlə məşğul olanlar və təsərrüfatda işləyənlər kimi qruplara ayrılırdı. Bu səhabələr ümumi səfərbərlik xa­ri­cində, müharibələrdə daima iştirak etmirdilər. Əgər onlar fitva verməklə və dini öyrətməklə məşğul olmasaydılar, İslamı qəbul edən minlərlə, milyonlarla insan dini kimdən öyrənəcəkdilər?[4]



[1] Suyuti, Tədbiratu-ravi, 404

[2] Suyuti, Tədbiratu-ravi, 404; Səhavi, Fəthül-muğis, 3/117-118

[3] Nəvəvi, Təhzibül-əsma,1/1, 52

[4] Kəttani, Təratibül-İdariyyə, 3/210.