Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Səhabənin dərəcə və təbəqələri

Tarix: 30.05.2013 | Bu məqalə 748 dəfə oxunub.

Hər səhabə eyni dərəcədə deyildir. Əshabın öz aralarında təbəqələri vardır. İslamiyyətin ilk dövrlərində, bütün mənfiliklərə sinə gərərək Allah Rəsuluna (s.ə.s.) iman edənlərlə, hicrətdən və ən nəhayət fəthdən sonra iman gətirənlər, hər halda eyni kateqoriyalar içində mütaliə edilə bilməz.

 Bu məsələ Quranda və sünnədə də  ələ alınmışdır.

 “(İslamı) ilk əvvəl qəbul edib (bu işdə başqalarından) irəli düşən mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar”[1],

  ” Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur”[2], –  kimi ayələrə baxdıqda fikir aydın olur.

 Ayrıca, bu fərqliliyi Əfəndimizin seçimlərində görmək də mümkündür. Məsələn, bir dəfə Həzrəti Xalid ibn Vəlid Həzrəti Ammar ibn Yasiri incidincə, Allah Rəsulu Həzrəti Xalidi ciddi bir şəkildə azarladı.[3] Həzrəti Ömərlə Həzrəti Əbu Bəkir arasında narazılıq baş verir. Hadisədən xəbər tutan Allah Rəsulu (səllallahu əleyhi və səlləm) Həzrəti Ömərə qaşlarını çataraq belə demişdi: “Hamınız məni inkar etdiyiniz zaman o məni təsdiq etdi. Əshabımı mənə buraxmalı deyildinizmi? “.  Həzrəti Əbu Bəkir, diz üstə çöküb: “Xəta məndə idi, ya Rəsulullah!”–deməsi isə, Əbu Bəkirə yaraşan bir davranış idi və gərginliyi yatışdırmışdı.[4]

Səhabənin təbəqələri ilə əlaqədar ən yaxşı ayrım və təsbit, Müstədrək sahibi Hakim Nesaburiyə aiddir. Ona görə, səhabə, on iki təbəqəyə ayrılır[5]:

1. Raşid Xəlifələr və onlarla birlikdə ilk iman gətirənlər; xüsusilə Aşərəi- Mübəşşərə, yəni geriyə qalan altı səhabə.

2. Darul-Ərkam səhabələri, yəni Həzrəti Ömərin müslüman olmasından əvvəl iman etmiş olub, imanlarını gizləyən və Ərkam ibn Əbil-Ərkamın evində bir araya gələnlər.

3. Həbəşistana hicrət etmiş olanlar.

4. Birinci Aqabə beyətinə iştirak edənlər.

5. İkinci Aqabə beyətinə iştirak edənlər.

6. Peyğəmbərimiz (s.ə.s.) Qubadan Mədinəyə təşrif gətirmədən əvvəl müslüman olan ilk mühacirlər.

7. Bədir qəzvəsinə iştirak edənlər.

8. Bədirlə Hudeybiyə hadisəsi arasında hicrət edənlər.

9. Beyətu-Rizvan səhabələri.

10. Xalid ibn Vəlid və Əmr İbn As kimi, Beyətu-Rizvan ilə Məkkə fəthi arasında hicrət edənlər.

11. Fəthdən sonra müsəlman olanlar.

12. Fəthdə, Vida Həccində və sair yerlərdə Peyğəmbərimizi görmüş olan uşaqlar



[1] Tövbə, 100

[2] Hadid,10

[3] Əhməd ibn Hanbəl, əl-Müsnəd, 4/89-90; İbn Əsir, Üsdül-ğabə, 4/132.

[4] Buxari, Təfsir, 3.

[5] Hakim, Mərifətu ulumul-hədis, 22-24