Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Sahibül-azan

Tarix: 02.05.2013 | Bu məqalə 357 dəfə oxunub.

Abdullah ibn Zeyd “Sahibul-azan” ünvanı ilə tanınırdı. İslam dininin ən böyük şüarlarından biri olan əzanın oxunuşunu yuxusunda görmüşdü. O, Rəsulullahdan azana dair hədis nəql etməsi ilə də məşhurdur.

Peyğəmbərimizin (s.a.s.) Mədinəyə hicrətindən və “Məs­ci­dül-Nəbəvi”nin inşasından sonra müsəlmanlar insanları iba­dətə çağırmaq üçün bir üsul axtarmağa başladılar. Mü­za­kirələr bir neçə gün davam etdi. Abdullah ibn Zeyd bir gün yu­xusunda bəzi sözlər eşitdi. Səhər tezdən iki cahan günəşi Rə­sulullahın hüzuruna gəlib yuxusunu danışdı:

Yaşıl paltarlı bir nəfər yanıma gəldi. Əlində bir zəng vardı. Ona: “Bu zəngi mənə satarsan?” – dedim. O da “Bununla nə edəcəksən?” – dedi. Mən “Namaz vaxtlarını camaata elan etmək üçün çalacağam” dedim. O da “Sənə daha xeyirli bir təklifim var” deyib  üzü qibləyə tərəf durdu və ucadan: “Allahu-əkbər” deyib azanı başdan ayağa oxudu. Sonra bir az ara verib azanı təkrar oxudu,  ancaq  axırına doğru  iki dəfə “Qad qamətis səlah” dedi.

Abdullah ibn Zeydin (r.a.) yuxusunu dinləyən Peyğəm­bə­rimiz (s.a.s.): “Bu, doğru yuxudur. Haqq yuxudur. Onu Bilala öyrət! Onun səsi sənin səsindən daha gurdur” buyurdu. Abdullah ibn Zeyd azanı Bilal Həbəşiyə öyrətdi. Bu gün oxunan azan həmin azandır. [1]

Bilal Həbəşi Məscidin yanında hündür bir yerə çıxdı və gur səs ilə azan oxudu. Həzrət Ömər azanın səsini eşidər-eşitməz qaça-qaça Peyğəmbərin (s.a.s.) hüzuruna gəlib dedi: “Ey Allahın Rəsulu, səni haqq Peyğəmbər olaraq göndərən Allaha and olsun ki, onun gördüyü yuxunu eyni ilə mən də görmüşəm. Sadəcə o, məndən əvvəl gəlib”. Peyğəmbərimiz (s.a.s) də: “Allaha şükürlər olsun, həqiqəti bizə göstərdi,” – buyurdu. Rəsulullah iki səhabə eyni yuxunu gördüyü üçün Allaha şükür etdi. Beləcə qiyamət gününədək davam edən ülvi bir dəvət meydana gəlmiş oldu. Bu şərəfə çatan Abdullah ibn Zeyd “Sahibül-azan” ünvanını aldı.


[1] “Altınoluk” dərgisi, 1999/oktyabr, say: 164