Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Sarıqlı

Tarix: 05.05.2013 | Bu məqalə 344 dəfə oxunub.

Bu səhabə Said ibn As ibn Ümeyyədir. Ona “Zül-imamə” deyilirdi. Çünki, o sarığını geydimi, çıxarana qədər heç bir qureyişli sarıq qoymazdı. Bu, adətə çevrilmiş bir ənənə idi. Məsələn:  Hərb ibn Ümeyyə bir yasa gedəndə o qalxmadıqca ölünün ailəsi ağlaya bilməzdi. Əbu Talib yemək ziyafəti verəndə heç kim ziyafət verə bilməzdi.

Said ibn As ibn Ümeyyənin babası Əbu Uhayha başına sarıq qoyanda hörmət əlaməti olaraq heç kim onun əmmaməsi rəngində sarıq geyinməzdi. Ona “Züt-tac” deyirdilər.[1]



[1] İbn Əsir, Üsdül-ğabə, 2/392; Qalxaşəndi, Sübhül-aşa, 1/452.