- Səhabələr - https://sehabe.meneviyyat.az -

Sevgili (əl-Hibb)

Zeyd ibn Hərisə öndər səhabələrdən olub Peyğəmbərin sevimli dostlarından biri idi. Buna görə də səhabələr ona “əl-hibb” (Sevgili) və ya “Hibbü-Rəsulullah” (Allah Rəsulunun sevdiyi) de­­yirdilər.

Allah Rəsulunun (s.a.s.) cəfakar dostu Zeyd ibn Harisə bütün sıxıntılı anlarda daim onunla birlikdə olmuşdur. Belə ki, taifliləri İslama dəvət etmək üçün Taifə gedən Rəsulullahı tək qoymamış, onunla birlikdə getmişdi. Peyğəmbərimizə (s.a.s.)  dəyməsin deyə sinəsini taiflilərin atdığı daşlara sipər etmiş, al-qana batmışdı. [1]



[1] İbn Sad, Təbəqat, 1/212