Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Şuca ibn Vəhb (r.a.)

Tarix: 01.08.2013 | Bu məqalə 554 dəfə oxunub.

(Bəzi adamların fəxr etdiyi) mal-dövlət, oğul-uşaq (övlad) bu dünyanın bər-bəzəyidir. Əbədi qalan yaxşı əməllər isə Rəbbinin yanında həm savab, həm də (Allahın mərhəmətinə) ümid etibarilə daha xeyirlidir!

“Hədid” surəsi, 46

Hz. Şuca İslamı ilk qəbul edənlərdən idi. Həbəşistana və Mədinəyə hicrət edib iki dəfə mühacir oldu.

Başda Bədir və Uhud olmaqla, Peyğəmbərimizlə birlikdə bütün döyüşlərdə iştirak etdi. Böyük qəhrəmanlıqlar göstərdi.

Hudeybiyyə sülhündən sonra Peyğəmbərimizin müxtəlif hökmdarlara göndərdiyi elçilərdən biri də Hz. Şuca idi. Rəsulullah onu bir məktubla Şama Haris bin Əbu Şimr əl-Qassaniyə göndərmişdi. Şuca məktubu verəndə Haris qanacaqsızlıq etdi. Peyğəmbərimizi öldürəcəyini hədələdi.

Hz. Şuca gəlib vəziyyəti Rəsulullaha bildirəndə Peyğəmbərimiz “Səltənəti yox olsun!”, ‒deyə bəddua etdi. Çox keçmədən Harisin özü və səltənəti yerlə-yeksan oldu.

Hz. Şuca hicrətin 12-ci ilində Hz. Əbu Bəkrin dövründə Yəmamə döyüşündə iştirak etdi və şəhidlik mərtəbəsini qazandı.

Allah özündən razı olsun![1]



[1] Təbəqat, III, 94; Üsdül-Ğabə, II, 386.