Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Təslimiyyət qəhrəmanı Həzrəti Səid ibn Zeyd (r.a.)

Tarix: 30.05.2013 | Bu məqalə 2. 910 dəfə oxunub.

istəyəndə qəbul etməmiş, qalan həyatını sıravi adam kimi yaşamaq istəmişdi. Əbu Ubeydə onun bu seçiminə qarışmamış, Hz. Səid də sıravi bir şəxs kimi cihaddan cihada qoşmuşdu. Yərmuk müharibəsində də iştirak etmiş, burada da qəhrəmanlıqlar göstərmişdir. Sonrakı həyatını Mədinə yaxınlığındakı Aqiqdə keçirmişdir.

Fitnələr qarşısındakı hərəkətləri

Hz. Səid ibn Zeydin fitnələr dövründə necə davrandığı barədə də dəqiq bir bilgimiz yoxdur. Amma onun kimi Rəsulullahın (s.a.s.) tərbiyəsində yetişmiş, Quranın “fitnəkarı qatildən təhlükəli” qəbul edən ayələrini oxuyan həssas bir ürəyə sahib insanın dərddən ikiqat olmasını təsəvvür etmək çətin deyildir. Aşağıda nəql edəcəyimiz hadisədən onun davranışları haqqında müəyyən bir fikrə gələ bilərik.

Həyatında gördüyü müxtəlif durumlar qarşısında heç dəyişməyən Hz. Səidə Hz. Osmanın şəhid olması çox pis təsir etmişdi. Bu hadisədən çox iztirab çəkmiş və bir gün Kufə məscidində ətrafındakı adamlara belə demişdi: “Allaha and olsun ki, sizin Hz. Osmana qarşı etdiyiniz bu hərəkət üzündən Uhud dağı yerindən oynasaydı, yerinə düşərdi!”

Bir dəfə də Kufə valisinin yanında olduğu vaxt bir nəfər gəlir. Vali ilə danışmadan əvvəl küfr edir. Hz. Səid söhbətin kimdən getdiyini bilmədiyindən validən soruşur: “Bu adam kimə küfr etdi?” Vali pis sözlərin Hz. Əli haqqında deyildiyini söyləyincə o cür yumşaq xasiyyətli adam birdən hiddətlənərək parlayır: “Demək, sənin yanında Allah Rəsulunun cənnətlə müjdələdiyi bir səhabə haqqında pis sözlər danışırlar, sən də heç bir etiraz etmirsən?” – deyərək valini danlayır. Həm də camaatın və valinin adamlarının yanında. Bu Hz. Səid aldığı tərbiyəyə uyğun hərəkət idi.

Şəxsi keyfiyyətləri

Hz. Səid Əfəndimizə (s.a.s.) ən yaxın dairədə olanlardandır. Böyük tabiin alimlərindən biri Aşərəi-mübəşşərədən danışarkən belə demişdi: “Onlar namaz qılanda Rəsulullahın arxasında, döyüşlərdə isə Əfəndimizin (s.a.s.) önündə dayanardılar”.

Bu müqəddəs şəxslərdən biri olan Səid b. Zeyd qəlbini hərislikdən, dünyanın bəsit istəklərindən qoruya bilmişdi. Ömrünü bu fani dünyanın sıxıcı şeyləri uğrunda tükətməmişdi. Ömrünün sonlarına doğru Aqiq məntəqəsində məskunlaşmış, son günlərini burada keçirmişdi. Hz. Osman dövründə paylanan qənimətlərdən ona İraq tərəflərində bir ərazi verilmişdi.

Səhabəyə sonsuz sayğısı vardı. Onlar haqqında ən kiçik hörmətsizliyin qarşısını almaq üçün əlindən gələni edirdi. Səhabənin başqa insanlardan üstünlüyünü göstərmək baxımından bu sözləri çox əhəmiyyətlidir: “Bir insanın Rəsulullahla bərabər bir məqamda üzünün toz-torpağa bulanması sizin hər hansı birinizin Hz. Nuh qədər ömür sürsə də, bu müddət ərzindəki əməllərindən daha xeyirlidir”. Səhabəyə ünvanlanan bu təriflər Hz. Səid b. Zeydin öz fikridir. Həbibi-Kibriyadan (s.a.s.) aldığı dərsə əsasən belə söyləyə bilər. Elə Aşərəyi Mübəşşərə ilə bağlı hədisi rəvayət edən də Hz. Səidin özüdür. Bir gün Kufə məscidində olarkən belə demişdi: “Mən Rəsuli-Əkrəmdən bunu eşitdim və əzbərlədim:”Əbu Bəkir, Ömər, Əli, Osman, Talha, Zübeyr, Abdurrahman, Əbu Ubeydə cənnətdədirlər. İstəsəm, doqquzuncunun adını da deyərəm”. Çox təkid edəndən və and verəndən sonra doqquzuncu adamın özü olduğunu deməyə məcbur olmuşdu.

Davamı: 1 2 3 4

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.