Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Ümmətin əmini

Tarix: 05.05.2013 | Bu məqalə 352 dəfə oxunub.

“Ümmətin əmini” ünvanı ilə tanınan səhabə Əbu Übeydə ibn Cərrahdır. O, böyük səhabələrdəndir. Peyğəmbərimiz (s.a.s.) onun haqqında belə buyurmuşdur: “Hər ümmətin bir əmini var. Mənim ümmətimin də əmini Əbu Ubeydə ibn Cər­rahdır”.[1]

“Əmin” etibarlı, əmanətə riayət edən insan deməkdir. Bu xüsusiyyət təbii ki, digər səhabələrdə də var. Allah Rəsulu (s.a.s.) etibarda və dürüstlükdə çoxlarını geridə qoyduğuna görə Əbu Ubeydəni bu ünvanla təqdir etmişdir.[2]

 “Bir dəfə Ömər ibn Xəttab yanında oturanlara “Allahdan bir şey niyaz edin” – deyir. Hər kəs öz arzusunu dilə gətirir. Həzrət Ömərin arzusu isə belə idi: “Mən Əbu Ubeydə kimi insanlarla dolu bir ev istəyirəm…”[3]

“Həzrət Ömər bir gün səhabələrə “Allahdan bir şey diləyin” deyir. Hərə bir şey niyaz edir. Həzrət Ömər: “Mən də bu evin Əbu Ubeydə ibn Cərrab, Muaz ibn Cəbəl, Əbu Hüzeyfənin azad etdiyi kölə Salim və Hüreyrə ibn Yəman kimi insanlarla dolu olmasını istərdim” – demişdir.

Əbu Ubeydə bizanslılar arasında dürüstlüyü və gözəl əxlaqı ilə şöhrət qazanmışdır. Şam şəhərini fəth edərkən yerli əhaliyə toxunmamış, müsəlman olmayanların mal-mülkünün çox his­səsini götürüb şəhərdən çıxmasına icazə vermişdir. Eyni zamanda şəhəri tərk edənlərə üç  günlük aman vermişdir, bu üç gün ərzində müsəlman döyüşçülər onları tuta bilməzdi. Bu hadisə ilə əlaqədar Qərb tarixçilərindən biri deyir: “O dövrdə müsəlman qoşunlarının sərkərdəsi olan o uca səhabənin daşıdığı keyfiyyətlər son əsrlərin komandirlərində olsaydı, izzət və şərəfin zirvəsinə yüksələr, zülm etməzdilər. Bu günün böyük dövlətlərin ən böyük hərbçi və komandirləri onun səviyyəsinə çata bilməzlər. Onun ədaləti, həlimliyi və etibarı müasir dövlətlərin ordu komandirlərini utandırar”.[4]



[1] Buxari, Fədailül-əshab 21; Müsnəd, 3/133, 175, 184; Tirmizi, Mənaqib 32; Kənzül-Ümal, 11/713-714 (no. 33479-33482, 33484), 13/258 (no. 36761).

[2] İbn Həcər, Fəthül-Bari, 14/241.

[3] İbn Sad, Təbəqat, 3/413; Kənzül-Ümmal, 13/258 (no. 36761).

[4] Kəttani, Ət-təratibül-idariyyə, 3/182-183.

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.