- Səhabələr - https://sehabe.meneviyyat.az -

Ümmətin hakimi

 

Bir dəfə Müaviyə belə demişdi: “Diqqət edin! Əbu-Dərda hakimdir. Kab əl-Əhbar isə alimdir”.

İbn Abbas isə belə deyir: “Hər ümmətin bir hakimi var, bu ümmətin də hakimi Əbu Hüreyrədir”.[1]

Əbu Dərda könlü Allaha bağlı bir imam idi. Quranı Peyğəm­bərdən öy­rənərək əzbərləmişdi. Suriya xalqının muqrisi (Quranı təcvidə uyğun oxuyan), Şamın fəqihi və qazısı idi. İbn Əbi Müleykə onun barəsində deyir: “Təzid ibn Müaviyə deyirdi ki, Əbud-Dərda dərdə dəva olan alim və fə­qihlərdən biridir”. [2]

Leys ibn Sad isə Əbu-Dərdaya olan heyranlığını bu sözlərlə dilə gətirir: “Əbu Dərdanı məscidə girəndə gördüm. Yanında çoxlu adam var idi, ona sual verirdilər”.[3]



[1] Deyləmi, əl-Fördövs, 3/337 (5015); Kənzül-Ümmal, 11/718 (33507); İbn Sad, 7/440

[2] İbn Əsakir, Müxtəsərü-Tarixi-Dəməşq, 20/36

[3] Zəhəbi, Təzkirətül-huffaz, 1/24-25; Həmçinin baxın: Zəhəbi, Siyərü Alə­min-nübəla, 2/347