Səhabələr

Və vüslat

Həyəcan içində  evə çatır:

− Üstümü örtün, üstümü örtün, − deyə vəfalı yoldaşına üz tutur.[4] Sonra da mübarək başını Xədicə anamızın dizi üstə qoyur. Diqqətlə ərinə baxan mətanətli qadın şəfqət dolu səslə:

− Ey Əba Qasım! Haralarda idin? Allaha and olsun ki, arxanca adamları göndərdim. Məkkədə baxmadıqları yer qalmadı, amma Səndən bir xəbər çıxmadı, − deyə həyat yoldaşına olan məhəbbətini dilə gətirirdi.

Bir müddət sonra Allah Rəsulu:

− Özümdən qorxuram, ey Xədicə! Bir ziyana uğramaqdan əndişə edirəm, − deyincə sevimli həyat yoldaşı:

− Qətiyyən narahat olma, qorxma! Allah Səni heç vaxt hədər etməz, əksinə Səni qoruyar, − deyir və ardınca da  əlavə edir:

− Çünki sən qohum-əqrəbalarını himayə edir, imkansızların əlindən tutur və ehtiyacı olanları da geyindirirsən. Eyni zamanda, evindən qonaq əskik olmaz. Sən hər hərəkətinlə həmişə Haqqın yolundasan və özünü tamamilə xeyirli işlərə həsr etmisən.[5]