- Səhabələr - https://sehabe.meneviyyat.az -

Verdiyi toy yeməyi ilə dillərdən düşməyən səhabə

Verdiyi toy yeməyi ilə tanınan səhabə Əşas ibn Qeys ibn Madikərib əl-Kindidir. Qəbiləsi onu sevir, sözünü dinləyirdi. Hic­rətin 10-cu ilində Rəsulullahın hüzuruna gəlib müsəlman olmuş, sonra Yəmənə qayıtmışdılar.

Riddə (dindən dönmə) hadisələri olanda böyük sarsıntı ke­çi­rə­rək dindən dönmüşdü. Daha sonra Həzrət Əbu Bə­kirin süvariləri onu əsir götürmüşdülər. O da yenidən müsəlman olmuş və Həzrət Əbu Bəkirə belə demişdi: “Məni yanından buraxma ki, döyüşlərdə iştirak edim və bacını mənə nikahla”. Həzrət Əbu Bəkir də anadan ögey bacısı Ümmü Fərvəni ona vermişdi.

Əşas ibn Qeys zifaf günü qılıncını qınından çıxarıb qarşısına çıxan bütün əti yeyilən heyvanları kəsdi. Camaat “Əbu Əşas yenə dindən döndü” – dedi. O isə belə cavab verdi: “And olsun ki, bu toy öz ölkəmdə olsaydı, başqa cür olardı. Bu heyvanların ətini paylayın, heyvan sahibləri gəlib məndən pullarını alsınlar”. Rəvayətlərə görə, Mədinədə elə bir ev qalmır ki, oraya bu ətdən verilmiş olmasın. Əşasın toy yeməyi zərb-məsələ çevrilmişdi. Əşas ibn Qeys əl-Kindi Ümmü Fərvə ilə ailə quranda toy ziyafəti üçün min baş dəvə, inək, qoyun kəsmişdi.[1]



[1] İbn Həcər, əl-İsabə, 1/51-52