Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Xeyirli sələf

Tarix: 02.05.2013 | Bu məqalə 299 dəfə oxunub.

Mədinədə vəfat edən ilk mühacir Osman ibn Mazun idi. O, ilk müsəlmanlardan olub Rəsulullahın İbn Ərqamın evinə köçməsindən əvvəl İslamı qəbul etmişdir. Cahilliyyə zamanında da təmiz xarakterli bir insan idi.

Haqq yolunda yorulmadan çalışan, xeyirli işlərdə fədakarlıq göstərən Osman ibn Mazun hicrətdən 30 ay sonra əbədi dünyaya köçmüşdür. O vaxt hələ müsəlman qəbiristanlığı yox idi. Peyğəmbərimiz Mədinənin kənarında Baqi adlı yerdə Osman ibn Məzunun dəfn olunmasını əmr etdi. Beləcə Osman ibn Məzun Mədinədə ilk vəfat edən səhabə və Baki qəbi­ristanlığında dəfn olunan ilk mühacir oldu.

Zövcəsi onun məzarı başında dayanıb: “Ey Əbu Saib! Cənnət sənə nuş olsun,” – demiş,  bunu eşidən Peyğəmbərimiz (s.a.s.): “Allahı və Rəsulunu sevərdi” desən, kifayət idi,” – deyə buyurmuşdu. Rəsulullah (s.a.s.) nəşin alnından öpərkən göz yaşlarını saxlaya bilməmiş və belə demişdir: “Ey Əbu Saib! Allah sənə rəhmət etsin. Dünyadan köçüb getdin. Amma nə sən dünyaya iltifat göstərdin, nə də o sənə”.

Dəfndən sonra Rəsulullah (s.a.s.): “O, bizim xeyirli sələ­fi­mizdir,” – dedi və məzarın başına bir daş qoydu. Ondan sonra bir müsəlman vəfat edəndə “Harada dəfn edək?” soruşardılar, O da  “ Sələfimiz Osman ibn Məzunun yanında dəfn edək” deyərdi. Qızı Ruqiyyə də vəfat edəndə: “Bizim xeyirli sələfimiz Osmana qovuşmaq…” buyuraraq onu xatırlamışdı.[1]



[1] İbn Əbdülbərr, Təmhid, 21/226, Məğrib, 13/87; Daha ətraflı məlumat üçün baxın: “Altınoluk” dərgisi,  1997, may, say: 135