“Allah yolunda oğlunu şəhid verən qadın”
Xuleydə (r.anhə) Allah Rəsuluna ilk beyət edən, qibləyə ilk yönələn, malının üçdə birini Allah yolunda verilməsi üçün vəsiyyət edən səhabə Bera ibni Marurun xanımıdır. Mədinədə İslam yayıldığı zaman ənsardan yetmiş üç kişi və iki xanım (bunlardan biri Xuleydədir) Rəsulullahın yanına getməyə qərar verdilər. Namaz vaxtı gəldiyi zaman Bəra ibni Mərur :
-Mən Kəbəyə yönələrək namaz qılacağam. Ona arxamı çevirib namaz qılmaq istəmirəm. Digərləri:
-Biz Şama yönələrək namaz qıldığını eşitdik. Bəra deyilən sözlərə fikir vermədən Kəbəyə yönələrək namaz qılmağa davam etdi. Məkkəyə gəldikdən sonra bu hadisəni Rəsulullaha danışdı. Rəsulullah :
-Gərək bu mövzuda səbr edəydin, – deyə buyurdu.
Hz. Xuleydənin da içində olduğu camaat Rəsulullaha beyət edərək Mədinəyə qayıtdılar. Həyat yoldaşı Bera Allah Rəsulunun hicrətindən bir ay öncə vefat etdi.
Xuleydə (r.anhə) gözəl axlaqı ilə seçilən bir ana olaraq oğlu Bişr ibnu-l Bəranı tam bir İslam mücahidi olaraq tərbiyə etmişdir. Allah və Rəsulu üçün canını fəda edə biləcək bir xanımdan tərbiyə alan Bədir, Uhud və Xəndək döyüşlərində iştirak edən Bişr (r.a) Xeybər döyüşündə şəhid oldu. Xuleydə da (r.anhə) şəhid anası olma şərəfini qazandı.
Hz.Aişə anamız müsəlman xanımlara hədis rəvayət edərdi. Bu dərslərdə Xuleydə (r.anhə) da iştirak edirdi.
Xuleydə bir gün Rəsulullahın (s.a.s) yanına gəlib, ona sual verir:
-Ey Rəsululullah ölülər danışar?
Hz. Peyğəmbər (s.a.s) cavabında:
-Yaxşı ruh cənnətdə yaşıl bir quşdur. Quşların ağacların başında danışdığı kimi onlar da danışar.
Aişə (r.anhə) rəvayət edir: Xuleydə Allah Rəsulunun son günlərində yanına
daxil oldu. Onun qızdırma içərisində qıvrandığını gərüncə:
-Ya Rəsulullah! Səni heç kimin tutulmadığı xəstəliyə tutulduğunu görürəm. Rəsulullah:
-Bizim əcrimiz qat-qat verildiyi üçün bizə gələn bəla da qat-qat ağır olur.
Xalq xəstəliyim haqqında nə deyir? deyə soruşdu.
– Xalq Rəsulullahdakı xəstəliyin “zatulcənb” olduğunu deyir. Rəsulullah:
-Allah mənə elə bir xəstəlik verməmişdir. O, sadəcə şeytanın vəsvəsəsidir. Ancaq Xeybərdə oğlunla birlikdə yediyim ətin acısından damarlarımda narahatlığın olduğunu hiss edirəm”– deyə, buyurdu. Xuleyda bu sözlərə dayana bilməyib deyir:
-Anam, atam sənə fəda olsun, Ya Rəsulullah.
Hz.Xuleydənin (r.anhə) Rəsulullaha olan bağlılığı, sevgi dolu övlad tərbiyə etməsinin arxasındakı sirr, qəlbinin imanla dolu olmasında idi. Cənnətin anaların ayağı altında olmasını arzu edən bu günümüzün anaları Hz.Xuleydə kimi anaların yolunu izləməlidirlər.