Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Yerişi dillərdə gəzən səhabə

Tarix: 05.05.2013 | Bu məqalə 486 dəfə oxunub.

 

Yerişi dillərdə dastan olan səhabə “Əbu Dücanə” ləqəbi ilə tanınan Simak ibn Həraşə əl-Ənsaridir. O, çox qəhrəman  bir səhabə idi. Kimsənin yerindən tərpənməyə cəsarət eləmədiyi yerlərdə gözünü qırpmadan önə atılardı.

Simak ibn Həraşə əl-Ənsari qəribə yerişi ilə digər səha­bə­lərdən seçilirdi. Bir dəfə Alah Rəsulu (s.a.s.) döyüş meydanında iki cərgə arasında qürurla yeriyən Simaka baxıb belə buyurmuşdu: “Allah bu yerişə qəzəb edər, amma bura (döyüş meydanı) istisnadır”.[1] Yəni döyüş vaxtı belə yerimək təkəbbür sayılmamalıdır. Ona “Zül-məşhərə” (zirehli) deyirdilər. Çünki bir zirehi var idi ki, geyinib döyüşə girəndə qabağına çıxan salamat qurtarmazdı .



[1] İbn Sad, Təbəqat, 3/556-557; Üsdül-ğabə, 2/451.

 

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.