Səhabələr

Gəlişindən əvvəl hazırlanan şərait

Biz bilirik ki, əgər elm faydalı dəyər olmasaydı, hamımız qılıncdan keçirilərdik...

Ey Rəbbim! Nə olar, məni şirkə düşməkdən əbədi qoru və qəlbimi dünya var olduğu müddətcə imanla doldur.

Çünki mən bütün pisliklərdən hacıların Ona görə həcc etdiyi və dini dəyərləri Onun üçün bayraqlaşdırdığı Zata sığınıram![8]

Karvanın dönüş yolu rahib Bahiranın vətəni Busradan keçirdi. Bura qədər gəlmişkən məşhur rahibə baş çəkməmək olmazdı. Həmçinin gördüyü yuxunu bir də ona danışmaq istəyirdi və birbaşa rahibin tənha yaşadığı monastıra gedir.

Şamda gördüyü yuxunu ona da danışır. Rahibin gözləri heyrətdən böyüyür  və dərhal soruşur:

− Sən haralısan?

− Məkkəliyəm, − deyə sakitcə cavab verir Əbu Bəkir. Görünür, rahib daha dolğun cavab gözləyirdi və:

− Harasındansan, kimlərdənsən?, − deyə  onu sıxışdırır.

− Qureyşdən, − deyir Əbu Bəkir  çaşqın baxışlarla.

Bəlli ki, bu  cavab da rahibi qane etməmişdi. Yenidən soruşur:

− Sən nə işlə məşğulsan?

− Ticarətlə, − deyə cavab verir yenə eyni təmkinlə. Bundan sonra rahib Əbu Bəkirin də maraq dolu baxışları altında bu sözləri söyləyir:

− Şübhə yoxdur ki, Allah sənin yuxunu çin edəcəkdir. Çünki çox keçməmiş sənin qövmünün arasından bir Peyğəmbər gələcək. Sən də O yaşadığı müddətdə Onun vəziri, vəfatından sonra da xəlifəsi olacaqsan!

Əbu Bəkir heyrətindən nə deyəcəyini unutmuşdu. Bu qədər aydın göstərilən bir ünvan qarşısında Əbu Bəkir utandığından nə deyəcəyini bilmirdi. Dərin düşüncələrə  dalmışdı: görəsən, bu, kim idi? Əslində düşünməyə  ehtiyac da yox idi. Yaxın dostu Məhəmmədül-Əmin gözləri önündə canlanmışdı. Bəli, ancaq O ola bilərdi... Amma hələlik Ondan bunu təsdiqləyən bir cümlə belə eşitməmişdi. Bəli, O, bütlərə qarşı çıxır, insanlara əl uzadıb yoxsulları himayə edirdi, amma “Sizin gözlədiyiniz Peyğəmbər mənəm” mənasında bir kəlməsinə heç kəs  şahid olmamışdı. Ən yaxşısı, bir müddət də izləmək lazım idi.[9]

Gün keçdikcə Ona daha da yaxınlaşır və isti ünsiyyət qururdu. Özünü o qədər hiss etdirirdi ki, zülmət bir gecədə çıxan bədirlənmiş Ay kimi üzünə baxmaqdan doymaq olmurdu. Bunu məkkəlilər də dərk edirdilər.


[1]. Zeyd ibn Amr Peyğəmbərimizin gəlişindən əvvəl Onun gələcəyini müjdələyənlərdən biridir. Gəlişinin gecikdiyini görüb başqa yerdə ortaya çıxa biləcəyi ümidi ilə yollara düşmüş və bu səfərlərinin birində yolkəsən quldurlar tərəfindən öldürülmüşdür. Bax: İbn Hişam, Sire, 2/58-60
[2]. Ümeyyə çox yaxın vaxtlarda bir peyğəmbərin gələcəyinə hədsiz inanır və bunun da özü olacağını güman edirdi. Daha sonra məsələ aydınlaşıb peyğəmbərlik də ona verilməyincə qəbiləpərəstlik təəssübkeşliyinin qurbanı olmuş və gözlədiyi Şəxsə iman gətirməmişdir. Bir gün sözü Ümeyyəyə gətirən Allah Rəsulu (sallallahu əleyhi və səlləm): “Şeiri iman gətirdi, amma ürəyi kafir getdi”, – buyurmuşdur. Bax: İbn Hacer, İsabe, 1/251
[3]. Suyuti, Hasaisu’l-Kubra, 1/42
[4]. Suyuti, Hasaisu’l-Kubra, 1/42
[5]. İbn Sa’d, Tabakat, 1/16; İbn Kesir, el-Bidaye ve’n-Nihaye, 6/64
[6]. Muhibbuttaberi, er-Rıyadü’n-Nadıra, 1/413 (333)
[7]. Ərəblərin nəsil-nəcabətini ən yaxşı bilən, şəcərə elminə bələd olan adam deməkdir.
[8]. Ali Məhəmməd, el-İnşirahu ve Ref’u’d-dikı bi sireti Ebi Bekr es-Sıddik, s. 34
[9]. Muhibbuttaberi, er-Rıyadü’n-Nadıra, 1/413 (333)
Davamı: 1 2 3