Səhabələr

Həbəşistan Hicrətləri

Əbu Talibin səyi

Həqiqətən də, bu, Qureyşin öz lehinə ictimai rəy formalaşdırmaq üçün hazırladığı bugünkü mənada informasiya vasitələrinə əsaslanan bir plan idi və bununla nəticə əldə etmək o dövrün şərtlərində də daha  real kimi görünürdü. Onların bu planından xəbər tutan Əbu Talibin əmi şəfqəti − həm də bu dəfə təkcə qardaşı oğlu üçün yox, aralarında öz oğlu Cəfərin də olduğu Həbəşistandakı Məhəmməd əmanətləri üçün − yenə də araya girəcək, dənizin o tayındakı Nəcaşiyə şeirlə belə səslənəcəkdi: – Kaş biləydim ki, uzaqda Cəfər, Amr və qohum olduğu halda düşmənçilik karvanını çəkənlər nələr edir? Görəsən, Nəcaşi Cəfəri və onun yoldaşlarını lütflə qucaqlayacaqmı, yoxsa şərə təhrik edən bir şey buna mane olacaq? Ey Məlik! Bil ki, sən pislik qarşısında gözüaçıq, şərəfli və mərd bir adamsan! Yanına sığınan adamlar sənin ölkəndə rahatlıq tapırlar. Bil ki, Allah sənə böyük maddi-mənəvi imkan vermişdir. Həmçinin sən yaxşılıq və xeyir yollarının hamısına da maliksən. Və sən səxavətli və ehsan sahibi olan bir adamsan, əsla bu ehsan və əliaçıqlıqdan   o düşmən olan qohumlar da faydalanıb səni bir pisliyə sövq etməsinlər! Göründüyü kimi, Əbu Talib təkcə qardaşı oğlu Məhəmmədül-Əmini qorumaqla kifayətlənmir, həmçinin Onun əmanətlərinə də sahib çıxaraq səsini dənizin o biri sahilindəki ölkələrə eşitdirməyə çalışırdı. Qorumaq istədiyi qəriblər arasında öz oğlu Cəfər də var idi. Məkkə gedənləri qaytarmaq təlaşında olduğu halda, Əbu Talib, oğlu da olsa, Həbəşistanın daha təhlükəsiz olduğunu fikirləşir, ata şəfqətini və mərhəmətini bir tərəfə qoyub övladının da orada qalmasını istəyirdi. Bu tələbini də o dövrün ən təsirli ünsiyyət vasitəsi olan şeirlə dilə gətirir, qərarını verməmişdən əvvəl Nəcaşini fikirləşməyə sövq etmək istəyirdi. 

Davamı: 1 2 3 4 5 6 7 8