Səhabələr

Hz. Əminənin vəfatı

Hz. Əminə bu sözləri deyərkən çox arxayın idi. Sanki bu sözlərlə yeganə və kimsəsiz övladını hər şeyin Sahibinə əmanət edirdi. Ardınca bu sözləri əlavə edir:

− Ölüm, canı olan bütün varlığa bir göz qırpımı qədər yaxındır. Hər təzə də köhnəlməyə məhkum və hər böyük də fəna (məhv) olmağa müntəzirdir. Budur, mən də bu gün ölürəm. Ancaq adım əbədi qalacaq. Çünki mən pak bir övlad dünyaya gətirmişəm və bu gün ən xeyirli olanı burada, bu dünyada qoyub gedirəm.[1]

Bunları söyləyib gözlərini əbədi yumur, son nəfəsini verir. Beləliklə, Mədinədə atasından sonra, gələcək Son Peyğəmbərin adına bir imza da Əbvada atılır (atasını bağrına basan Mədinə kimi, Əbva da anasını ağuşuna alır).

Bəlkə də, Allah Onun valideynlərini oğullarına qarşı minnət altında saxlamamaq və ata-analıq mərtəbəsindən mənəvi övlad səviyyəsinə salmamaq üçün öz dərgahına aparmış, bununla onları məsud etdiyi kimi, Sevgili Peyğəmbərini də məmnun etmək istəmişdi. Onlar zahirən ümmət olmamışdılar, amma bununla Allah (cəllə cəlaluhu) onları da mənəvi ümmət mərtəbəsinə yüksəltmiş, digər ümmətin fəzilət, məziyyət və səadətini də onlara ehsan etmişdi.[2]

Məlumdur ki, Peyğəmbərimizin anası və atası Hz. İbrahimdən qalan “hənif” düşüncəsinə uyğun bir həyat yaşayırdı. Eyni zamanda, onlar hələ təbliğ dövrünün başlamadığı “fətrət” dönəminin insanları idi. Xüsusilə də, anası Hz. Əminənin sözlərindən də aydın olur ki, onlar bu sağlam və tərtəmiz anlayışı mənimsəmiş nadir insanların arasında idilər ki, dünyanın ən xeyirli övladını insanlıq aləminə əmanət etmiş,  eləcə, axirət yurduna köçmüşdü.

Davamı: 1 2 3 4