Səhabələr

Süd anası ilə keçən illər

Bir də Həlimənin mindiyi arıq uzunqulaqla Harisin qoca dəvəsi zorla yeriyir və yoldaşlarına çata bilmirdilər. Məkkəyə çatanda yol yoldaşları işlərini çoxdan qurtarmış, hər biri bir süd körpəsi tapmış, qayıtmağa hazırlaşırdı.

Həlimə və Haris də eyni məqsədlə qapı-qapı gəzməyə başlayır. Süd anasına həvalə edilməyən ancaq Abdullahın övladı Məhəmməd qalmışdı. Hər qapını döyən müştəri onun  olduğunu bilən kimi xidmət haqqını ala bilməmək əndişəsi ilə geri dönmüş və başqa qapıya üz tutmuşdu. Onlar bilmirdilər ki, O, hamının ona üz tutacağı Şəxsdir. Nəhayət, Həlimə və Haris də bu qapıya gəlir və əvvəlkilər kimi onlar da başqa körpə tapmaq ümidi ilə oradan ayrılırlar. Ancaq bir nəticəsi olmur. Bu qədər yol qət edib əliboş qayıtmaq da olmazdı. Həlimə əri Harisə dönərək:

− Süd körpəsi tapmadan yoldaşlarımın arasına qayıtmaq istəmirəm. Gəl həmin uşağı götürək, sonra qayıdaq, − deyir.

− Necə istəyirsən. Bəlkə də, Allah onun vəsiləsi ilə bizə bərəkət ehsan edər, xeyir və uğur bəxş edər,[1] − deyə cavab verir Haris. Və beləcə yenidən Abdulmuttalibin evinə yaxınlaşırlar.

Hz. Əminə onların gəldiyini görəndə əvvəlcə istədikləri uşağın adi bir uşaq olmadığını onlara başa salır. Sonra onlara hamilə olduğu vaxtların necə asan keçdiyini, gördüyü yuxunu və bu yuxunun yozumunu danışır. Çünki bu, təkcə Hz. Əminənin deyil, qiyamətə qədər gələcək insanlığın əmanəti idi və buna görə də həssas davranılmalı, tükünə də zərər verilməməli idi.

Davamı: 1 2 3 4 5 6 7