Səhabələr

Süd anası ilə keçən illər

Haris ailəsi körpəni anası Əminədən alanda qəlbən rahatlıq hiss etmişdi. Həlimeyi-Sadiyə qucağına aldığı körpəni elə orada əmizdirmək istəyir. Gözlərinə inanmır. Heç süd olmayan döşləri südlə dolub-daşmağa başlamışdı! Əvvəlcə Məhəmməd, sonra da aylardan bəri qarnı doymadan yatan öz oğlu Abdullah doyunca əmir və hər ikisi yuxuya gedir. Halbuki  Abdullah həmişə narahat olur və düz-əməlli yatmırdı.

Qoca dəvənin yanına gələndə onda da bir hərəkətlilik olduğunu müşahidə edirlər, onun da məmələri südlə dolmuşdu və ona da ayrı bir bərəkət bəxş edilmişdi. Onlar dəvənin südünü sağıb doyunca içirlər. Məkkədə keçirdikləri həmin gecə bu ailənin həyatında ən xoşbəxt gecə idi. Ertəsi gün səhər Haris Həliməyə belə deyir:

− Vallah, yaxşı bil ki, ey Həlimə, sən çox mübarək bir nəsildən körpə seçmisən!

Əri kimi Həlimə də bu bərəkətin fərqinə varmışdı. Buna görə Həlimə Harisə:

− Allaha and olsun ki,  mən də elə fikirləşirəm, − deyir.

Daha sonra Məkkədə işləri qurtaran və baxmaq üçün körpə tapan ailə geriyə − yurdlarına yola düşür. Yeganə övladına şəfqətlə baxan Hz. Əminə Onu uzun-uzadı süzəcək, sonra da başına iş gəlməməsi üçün onu izzət və cəlal sahibi olan Rəhmli Rəbbinə əmanət edəcəkdi.

Davamı: 1 2 3 4 5 6 7