Səhabələr

Süd anası ilə keçən illər

− Bəli, oğlunuzun vəsiləsi ilə bizlərə gözəl şeylər nəsib oldu və üstümüzə düşən vəzifəni yerinə yetirmək üçün əlimizdən gələni etdik. Amma Onunla bağlı bəzi əndişələrim var, sənin də sevinəcəyini fikirləşib Onu sənin yanına gətirdim, − deyir Həlimə.

Ancaq bu sözlər Hz. Əminə kimi bir ananı qane edən cavab deyildi. Buna görə:

− Sənə nə olub? Mənə həqiqəti de. Nə baş verdiyini danışmasan, səni buraxan deyiləm. Yoxsa Onun üçün şeytandanmı qorxub narahat olursan? − deyərək ona yol açmağa çalışırdı.

− Bəli, − deyir.

− Xeyr, bu, qeyri-mümkündür, − deyə etiraz edən Əminə davam edir:

−Allaha and olsun ki, şeytanın Ona heç bir zərəri toxuna bilməz. Şübhəsiz ki, oğlumun durumu çox ciddidir. Həm də Onunla bağlı əhvalatları sənə danışmamışdımmı?

− Bəli, danışmışdın, − deyir Həlimə. Hz. Əminə yenə də danışmaq zərurəti hiss edir:

− Mən ona hamilə olanda bədənimdən bir nur çıxdığını və bu nurla Şam bölgələrindəki Busra saraylarının işıqlandığını görmüşdüm. Sonra ona hamilə olarkən hər bir hamilə qadının çəkdiyi çətinliklərlə rastlaşmamışdım. O doğularkən əllərini yerə qoymuş, başını da səmaya qaldırmışdı. Madam ki belədir, Onu burada qoy və arxayın yurduna  qayıt,[5] − deyir.

Beləliklə, Sonuncu Sultanın Sadoğulları yurdundakı  həyatına son nöqtə qoyulur.


[1]. İbn Hişam, Sire, 1/300; ibn Sa’d, Tabakat, 1/110, 111
[2]. İbn Hişam, Sire, 1/ 301; ibn Sa’d, Tabakat, 1/111; Taberi, Tarih, 2/127
[3]. Ənəs ibn Malik (radıyallahu anh) Peyğəmbərimizin sinəsinin yarılması nəticəsində meydana gələn yara izinin bədənində qaldığını və bir xətt şəklində göründüyünü nəql etmişdir. Bax: Muslim, Sahih, 1/147 (162)
[4]. İbn Hişam, Sire, 1/301; Taberi, Tarih, 2/128. Bu əhvalat bir səhabənin sualına illər sonra Peyğəmbərimizin verdiyi cavabla həmin gün Həliməyə və Harisə danışdığı ifadələr birləşdirilərək qeyd edilmişdir.
[5]. İbn Hişam, Sire, 1/301, 302; İbn Sa’d, Tabakat, 1/112; Taberi, Tarih, 2/128
Davamı: 1 2 3 4 5 6 7