Təbuk döyüşünə gedən müsəlman ordusunun təchizatına ən çox kömək edən Həzrət Osmandır.[1] Həzrət Osman ordunun hazırlanmasına min dinar vermişdi. Rəsulullah da: “Allahım mən Osmandan razıyam, Sən də ondan razı ol!” – deyə dua etmişdi.[2]
Bundan başqa Həzrət Osmanın Təbuka gedən orduya 750 (və ya 1000) dəvə, 50 (və ya 70) at bağışlaması haqqında da rəvayət var.[3] Hətta Həzrət Osmanın fədakarlığını və səxavətini görən Rəsulullah (s.a.s) ona dua edib: “Bu gündən sonra işlədiyi əməllər Osmana zərər verməz”, – demişdi.[4]
Səhabələr qadınlarına libas almaqda xəsislik etməzdilər. Həzrət Osmanın həyat yoldaşı Nailəyə 200 dirhəmlik paltar alması haqda rəvayət var.[5]
Həzrət Osman bir dəfə Zübeyr ibn Avvama altı yüz min dirhəm mükafat vermişdi.[6]
Səhabə Sad ibn Rəbi varlı idi. Bir dəfə belə demişdi: “Ənsar arasında ən çox mülk məndədir”.[7]