Verdiyi toy yeməyi ilə tanınan səhabə Əşas ibn Qeys ibn Madikərib əl-Kindidir. Qəbiləsi onu sevir, sözünü dinləyirdi. Hicrətin 10-cu ilində Rəsulullahın hüzuruna gəlib müsəlman olmuş, sonra Yəmənə qayıtmışdılar.
Riddə (dindən dönmə) hadisələri olanda böyük sarsıntı keçirərək dindən dönmüşdü. Daha sonra Həzrət Əbu Bəkirin süvariləri onu əsir götürmüşdülər. O da yenidən müsəlman olmuş və Həzrət Əbu Bəkirə belə demişdi: “Məni yanından buraxma ki, döyüşlərdə iştirak edim və bacını mənə nikahla”. Həzrət Əbu Bəkir də anadan ögey bacısı Ümmü Fərvəni ona vermişdi.