İkinci Həbəşistan hicrəti başlayanda hicrətə ilk qatılan Həzrəti Xalid və xanımı oldu. On il Həbəşistanda qaldı. Hicrət yurdunda Səid adındakı oğlu ilə Ümmü Xalid adındakı qızı dünyaya gəldi.
Hicrətin 7-ci ilində Həzrəti Xalid, ailəsi və Həzrəti Əlinin qardaşı Cəfər ibn Əbu Taliblə birlikdə Həbəşistanı tərk etdilər. Həmin vaxt Xeybər müharibəsi cərəyan edirdi. Onlar Xeybərə çatanda artıq müharibə başa çatmışdı. Peyğəmbərimiz və səhabələr onları böyük bir sevinclə qarşıladılar. Döyüşə qatılmasa da Peyğəmbərimiz (s.ə.s) ona bir miqdar qənimət ayırdı. Həzrəti Xalid Bədir və Uhud müharibələrinə iştirak etmədiyi üçün çox məyus olmuşdu. Rəsulu Əkrəm Əfəndimiz onun könlünü almaq üçün belə dedi: “Başqaları bir dəfə hicrət etdi, amma sənə iki dəfə hicrətə etmək nəsib oldu. Bu da sənin mükafatındır”.[4]
Ərəb ədəbiyyatına və bəlağatına hakim olan Həzrəti Xalid Mədinəyə köçdükdən sonra Peyğəmbərimizin xüsusi katibliyini yerinə yetirirdi. O Peyğəmbərimizin lazım olan yerlərə göndərəcəyi məktubları yazır , müqavilə və görüşmələri qeyd edərdi. Hicrətin 9-cu ilində Taifdən gələn Bəni-Səqif qəbiləsi ilə danışıqların nəticəsini, Yəmən hökmdarına verilən əmannaməyi də Allah Rəsulu ona yazdırmışdır.
Həzrəti Xalid idarə işlərində qabiliyyətli və oxuma-yazması da yaxşı olduğu üçün Peyğəmbərimiz onu Yəmənə vali təyin elədi. Peyğəmbərimiz vəfat edənə qədər bu vəzifəni icra etmiş, vəfat xəbərini eşidincə də Mədinəyə qayıtmışdır.
Həzrəti Əbu Bəkir dövründə ortaya çıxan irtidad hadisələrinin və peyğəmbərlik iddia edən yalançılar probleminin həllində Həzrəti Xalidin əvəzsiz xidmətləri olmuşdur.
Xalid ibn Səid Əcnadin ,Fihl və Mərcus-Süfr fəthlərində iştirak etmişdir .İslam ordusu Fihli fəth edib, Mərcus-Süfrə keçdiklərində Bizans ordusuyla qarşılaşdılar. Həzrəti Xalid bir il öncə Yərmukda şəhid olan Həzrəti İkrimənin dul qalan xanımı Ümmü Hakimlə yeni evlənmişdi. Toyun səhəri düşmənin yaxınlaşdığı xəbərini eşitdilər. Mübarizə başlamışdı. Bizanslılar ortaya bir adam çıxartdılar, onun qarşısına Xalid ibn Səid çıxdı və qısa müddət sonra şəhid oldu. Həyat yoldaşının şəhid olmağına dözməyən Ümmü Hakim zireh geyinib döyüşə qatıldı. Toylarının olduğu çadırın dirəklərini söküb düşmənə hücum etdi. Yeddi düşmən əsgərini öldürdü. Bu hadisə hicrətin 14-cü ili Məhərrəm ayında baş vermişdir.[5]
Allah hər ikisindən də razı olsun.
[1] İbn Sad, Təbəqat, 4/94; İbn Hacər, İsabə: 1/406
[2] İbn Sad, Təbəqat, 4/95
[3] İbn Sad, Təbəqat, 4/95; Hələbi, İnsanul-Uyun: 1/282
[4] İbn Sad, Təbəqat 4/100; Üsdül-Ğabə, 2/38.
[5] İbn Sad, Təbəqat 4/99