Səhabələr

Yeni Mərhələ

Oruc və zəkatın fərz buyurulması

Aradan bir ay da keçir. Cəbrail yeni bir müjdə ilə gəlir. Rəsulullah (s.ə.s.) vəhy halı sona çatdıqdan sonra əshabına müsəlmanlara ramazan ayı boyunca gündüz vaxtı oruc tutma əmrinin gəldiyini deyir. Uca Allah göndərdiyi ayə ilə möminlərə belə səslənirdi: "Ey iman gətirənlər! Oruc tutmaq sizdən əvvəlki ümmətlərə fərz buyurulduğu kimi, sizə də fərz buyuruldu!"[19]

Onlar üçün oruc yad ibadət deyildi. O günədək ayın müəyyən günlərində oruclu olurdular. Əvvəlki peyğəmbərlərin də oruc tutması xəbərini almış, bu barədə ilahi əmri intizarla gözləyirdilər. Məhz o gün bu əmr nazil olur. Lap az qalmışdı ramazana, hamı birlikdə oruc tutacaqdı.

Çox keçmədən zəkat vermək də fərz ibadətlər sırasına əlavə olunur. Gələn ayələrdə namaz kimi, zəkatın da fərz olduğu buyrulur, zəkatın veriləcəyi sahələr bircə-bircə sadalanırdı. Maliyyə vəziyyətinin nizama salınması üçün bundan sonra yeni bir quruma ehtiyac var idi və bu ehtiyac zəkat məmurlarının dövriyyəyə girməsi ilə həllini tapır.

Namaz oruc və zəkat ibadətlərin təməlidir, sütunudur. Zəkat namaz və orucdan fərqli olaraq maliyyə (maddi) tərəfi ön planda olan bir ibadət sayılır. Düzdür, səhabələr ehtiyac olduqda bütün imkanını ortaya qoyur və heç bir məsələni dəstəksiz buraxmırdılar. İndi isə bu əməli Allahın təyin etdiyi konkret ölçülər çərçivəsində yerinə yetirəcək və buna qarşılıq da fərz bir ibadəti icra etməyin mənəvi rahatlığını yaşayacaqdılar.


[1]. "Maidə" surəsi, 5/67
[2]. Ənəs ibn Malik kimi sahəbə  şəhadət edir ki,  onsuz da onlar nə vaxt Məkkədə bir fəryad qopsa, Allah Rəsulunu orada görür və bu da onlara güvən, rahatlıq verirdi.
[3]. "Hicr" surəsi , 15/94
[4]. "Nəhl" surəsi, 16/125
[5]. "Həcc" surəsi , 22/39
[6]. Sonrakı ayələrdə bu iznin əhatə dairəsi daha da genişlənəcək və düşmənə cavab verə bilən qüvvəyə malik olmaqdan tutmuş, Allah yolunda mal və canla cihad etməyə qədər geniş bir məzmunu əhatə edəcəkdi. Bax: "Ənfal" surəsi, 8/60; "Maidə" surəsi, 5/35, "Tövbə" surəsi, 9/41; "Həcc" surəsi 22/78)
[7]. Allah Rəsulunun səhabələindən birini komandir təyin etdiyi təhlükəsizlik qüvvələrinə (fəaliyyətlərinə) "səriyyə", özünün şəxsən rəhbərlik etdiyi bu cür hərəkatlara da "qəzvə" deyilir.
[8]. Başqa bir rəvayətə görə iki yüz nəfərlik. Bax: İbn Seyyidinnas, Uyunul-Eser, 1/298; İbn Kayyım, Zadul-Mead, 3/146
[9]. Başqa rəvayətdə bu say səkkizdir. Bax: İbn Hişam, "Sire", 3/146.
[10]. Haram aylarda müharibə etmək Cahiliyyə dövründə də haram (yasaq) sayılırdı. Hətta qureyşlilər müharibə vəziyyətində olarkən vaxtla (aylarla) oyun oynayır və ancaq ayların yerinin dəyişdirildiyini elan edəndən sonra müharibəni başlayırdı. Daha sonra gələn ayələrdə Quranın "nəsi" deyə adlandırdığı bu hadisə ilə onlar sözdə haram işləmədiklərini sanır və özlərini aldadırdılar. Bax: "Tövbə" surəsi, 9/37; İbn Kesir, Tefsir, 2/358; İbn Hişam, Sire, 1/161
[11]. "Bəqərə" surəsi, 2/218
[12]. Vâkıdî, Megâzî, 1/15; İbn Sa’d, Tabakât, 4/137; İbn Hişâm, Sîre, 3/150: Hakəm ibn Keysan o gündən sonra saleh bir müsəlman kimi yaşayacaq və Biri-Maunə hadisəsində şəhid olaraq əbədi aləmə köçəcəkdi. Bax. İbn Hişam. Sire, 3/150; Vakidi, Megazi, 1/15; İbn Sad, Tabakat, 4/137
[13]. "Bəqərə"  surəsi, 2/218
[14]. Bəzi şərhlərə görə, Allah Rəsulu hicrətdən əvvəl Məkkədə qıldığı namazlarında Qüdsə elə yönələrmiş ki, Kəbə də Onunla Qüds arasında qalarmış. Mədinəyə hicrətdən sonra şərait buna imkan vermədiyi üçün axtarışını  artırmışdı.  Bax: İbn Kesir, Tefsir, 3/158-160; Salihi, Sübülül-Hüda ver-Reşad, 3/370
[15]. "Bəqərə"  surəsi, 2/144
[16]. Bu ayə nazil olarkən Allah Rəsulunun əshabı ilə birlikdə günorta namazı qılması və üçüncü rükətdən sonra yönünü Kəbə istiqamətinə çevirərək namazını tamamlaması; Bəni-Sələmə yurduna gəlib burada Bişr ibn Bəranın anası Ümmü Bişri ziyarət etdikdən sonra günorta namazını qılarkən bu ayənin nazil olması (burada "iki qibləli məscid" mənasında "Məscidi-Qibləteyn" adlı bir məscid vardır); hadisənin ikindi (əsr) namazında gerçəkləşməsi və ya Rəsulullahla birlikdə ikindi və ya sabah namazını Kəbə istiqamətində qılıb öz məhəllələrinə qayıdan insanların xəbər verməsi ilə yanaşı, səhabənin namaz əsnasında Kəbəyə doğru üz tutması şəklində müxtəlif rəvayətlər vardır. Bax: İbn Sad, Tabakat, 1/241, 242
[17]. "Bəqərə"  surəsi, 2/142, 143
[18].  "Bəqərə"  surəsi, 2/ 144-145
[19]. "Bəqərə" surəsi, 1/183
Davamı: 1 2 3 4 5 6 7 8