Çap et Çap et
Mətnin ölçüsünü dəyiş: 
A- A A+

Hündür boyu ilə seçilən səhabələr

Tarix: 04.05.2013 | Bu məqalə 847 dəfə oxunub.

Həzrət Ömər (r.a.) hündür boylu idi. Ayaq üstə dayananda bir heyvanın üstündə oturmuş kimi görünürdü.[1] Addiy ibn Hatim də onun kimi uzun idi, bir miniyə minəndə az qala ayaqları  yerlə sürünürdü.

Tər-təmiz, saf simalı və ədəb timsalı Cərir ibn Abdullah da hündür boylu idi.[2] Cəririn ayaqqabısının bir arşın (təqribən 68 sm.) uzunluğunda olması haqda rəvayət var.[3]

Əli ibn Abdullah ibn Abbas çox hündür idi. Atası Abdullah ondan, babası Abbas da atasından uzun idi.[4]

Həzrət Abbas Bədir döyüşündə müsəlmanlara əsir düşəndə onun üçün köynək axtardılar. Mədinədə bircə Abdullah ibn Übeyin köynəyi onun əyninə gəldi. Abdullah ibn Übey köy­nəyini ona verdi.[5] Mənbələrdə Abdullah ibn Übey haqda “Qulağı göyə ən yaxın olan insan” təyini işlədilir.[6]

Qeys ibn Sad ibn Ubadə də hündür boylu idi. Bizans hökm­darı Müaviyəyə “Mənə ən uzun boylu ərəbin paltarını göndər” demişdi. Müaviyə Qeysin paltarını götürüb ən hündür bizans döyüşçüsünün burnundan aşağı tutmuş və paltarın ucu yerə dəymişdi.[7]

Belə bir rəvayət də var: Bizans hökmdarı ən güclü və ən hündür boylu iki döyüşçüsünü Müaviyənin düşərgəsinə gön­dərmişdi: “Əgər göndərdiyim döyüşçülərdən birindən gücdə, o birindənsə boyda üstün döyüşçün olsa, mən sənə filan qədər əsir verəcəm. Yox əgər ordunda bunlardan üstün döyüşçü olmasa, mənimlə üç illik müqavilə bağlayacaqsan!”[8] Müaviyə qolu qüvvətli Məhəmməd ibn Hənəfiyyəni ça­ğırdı. Məhəmməd yerə oturub əlini Bizans döyüşçüsünə verdi. Bizans döyüşçüsü nə qədər əlləşib vuruşsa da, onu yerindən tərpədə bilmədi.

Davamı: 1 2

Bənzər məqalələr

    Bənzər məqalə tapılmadı.