Səhabələr

Mübarək doğum

Aradan yeddi gün keçmişdi. Ərəblərin adətinə uyğun olaraq Abdulmuttalib də Abdullahın övladını sünnət etdirdi.[7] Peyğəmbərimizi anasından sonra bir həftəlik ikən Əbu Ləhəbin kənizi Suveybə əmizdirmişdi. Əbu Ləhəb qardaşı oğlunun doğulması xəbərini gətir­diyinə görə sevincini həmin kənizi azad etməklə izhar etmişdi. Ancaq İslamı təbliğə başlaması ilə  qardaşı oğlu ilə yollarını əbədi ayıran əminin sırf bu hərəkəti müqabilində bir anlıq da olsa, axirət əzabından rahatlıq tapacağı məlumdur. Çünki vəfatından bir il sonra qardaşı Hz. Abbasın yuxusuna girən və pərişan halı ilə ürək ağrıdan Əbu Ləhəbdən:

− Bu nə haldır, başına nələr gəldi? − deyə soruşanda iki barmağının arasını göstərib bu cavabı verəcəkdi:

− Sizdən sonra xeyir adlı heç nə görmədim. Yalnız Suveybəni azad etdiyimə görə bir qurtum su almaq imkanım olur.[8]

Süd anası Suveybə əvvəllər Abdulmuttalibin digər oğlu və Peyğəmbərimizin əmisi Hz. Həmzəni də əmizdirdiyi üçün Hz. Həmzə ilə Allah Rəsulu süd qardaşı olmuşdular.[9]

Davamı: 1 2 3 4 5 6 7 8 9