Səhabələr

Müqəddəs Köç Hicrət

Hicrətin tədbir yönü

Artıq hər şey qərarlaşmışdı, yola çıxmaq üçün addım atmaq lazım idi. Əbu Bəkir də  Siddiq olduğunu göstərəcək və hicrət yolunun təhlükəsizliyini təmin etməkdə özünə  yaraşan səylər ortaya qoyacaqdı. Çünki ehtiyatı əldən verməmək lazım idi. Dəvələrlə birlikdə bu qədər yolu qət etmək o qədər də asan olmayacaqdı. Buna görə də, əvvəlcə yolu yaxşı tanıyan, bu işdə mahir olan Abdullah ibn Ureykıt adlı bir müşriklə razılaşırlar. Abdullah da Qureyşlə eyni düşüncədə idi. Amma Allah Rəsulu və Hz. Əbu Bəkir bu adama etibar edirdi. Halbuki, Abdullah ibn Ureykıt bu iki müsəlmanın başına qoyulan mükafata tamah salıb onların gedəcəyi istiqaməti və koordinatları xəbər verməklə  böyük sərvətə sahib ola bilərdi. Demək ki, Allah Rəsulu  (s.ə.s.) iş gördüyü adamların  xasiyyətinə yaxşı bələd idi. Abdullah müşrik olsa da dünya malına tamah salmayan, sözündə  möhkəm  bir adam idi. Abdullah eyni zamanda yolu yaxşı tanıyan bir bələdçi idi. Aydın idi ki, belə riskli şəraitdə məharət mükafat gətirirdi. Üç gün sonra Sevrdə görüşəcəkdilər. Abdullah bura gələrkən Hz. Əbu Bəkirin hicrət üçün alıb bəslədiyi iki dəvəni də gətirəcək və beləliklə, hicrət yolu başlayacaqdı. Hz. Əbu Bəkir qızı Əsmanı da başa salıb təlimatlandırmışdı. Sevrdə qalacaqları günlərdə onlara azuqə göndərəcəkdi. Əsma da diqqətlə yemək-içmək hazırlayır, hazırladıqlarını da balaca bir torbanın içinə qoyub göndərirdi. Hətta bir dəfə torbanın ağzını bağlamağa ip tapmamış və anasının göstərişi ilə belindəki qumaş kəməri  açaraq iki yerə bölmüş, hər iki torbanı da bu qumaşla bağlamışdı. Buna görə də sonralar Əsmaya “iki kəmər sahibi” mənasında  “Zunnitaqayn” ünvanı verilmişdi.[5] Hz. Əbu Bəkirin başqa bir tədbiri də vardı: Qoyunlarını otaran çoban Amiri yanına çağıracaq, gedərkən izlər qalmasın deyə, qoyunları keçdikləri yerlərdə otarmağı tapşıracaqdı.[6] Çünki Əbu Bəkir bilirdi ki, məkkəlilər iz tapmaqda mahirdir və belə bir tədbir  görülməsə, onları tapar və işlərini çətinə  salardılar.