Səhabələr

Müqəddəs Köç Hicrət

Abdullah ibn Salam da eyni şeyi fikirləşirdi, hər keçən an ziyan demək idi və birbaşa Qubaya gedir. Rəsulullahın (sallallahu əleyhi və səlləm) hüzuruna daxil olanda qarşısında nur üzlü Peyğəmbəri görür. Qeyri-ixtiyari dodaqları tərpənir: − Allaha and olsun ki, bu simada yalan yoxdur! Allah Rəsulu (s.ə.s.) əshabı ilə söhbət edirdi. Abdullah ibn Salamın eşitdiyi ilk sözlər bunlar idi: − Aranızda salamı yayın, yemək yedirin, qohumlarınıza baş çəkməyə davam edin, insanlar gecə yatarkən siz namaz qılın və əmniyyətlə cənnətə girin![50] Bütün bunlar cənnət yolunun Buraqları (Cənnətə məxsus bir minik vasitəsi) idi... Abdullah ibn Salam onun təsirli sözlərinə və çöhrəsindəki dərinliyə vurulmuşdu. Çünki Onda gördüyü sima ancaq bir Peyğəmbərdə ola bilərdi. Nə gizlətməyə, nə də gizlənməyə ehtiyac vardı. Mədinə mədəni bir şəhər idi və ibn Salam açıq-aşkar kəlmeyi-şəhadət gətirməyə başlayır: − Mən şəhadət edirəm ki, Sən Allahın Haqq Rəsulusan və şübhəsiz ki, Sən Haqla gəlmisən! Müsəlman olandan sonra Allah Rəsulu (sallallahu əleyhi və səlləm) onun əvvəllər Husayn olan adını dəyişib Abdullah qoyacaq və bundan sonra da o, həmişə Abdullah ibn Salam deyə çağrılacaqdı.[51]