Səhabələr

Müqəddəs Köç Hicrət

“Ümmətin fironu” Əbu Cəhil, elanı ilə bu ləqəbə nə qədər layiq olduğunu göstərirdi: − Məhəmmədi ölü və ya diri gətirənə yüz dəvə məndən![12] “Artıq yaxaladıq” dedikləri anda əllərindən qaçırdıqları Allah Rəsulunu və Hz. Əbu Bəkiri tamamilə əldən çıxarmaq üzrəydi. Aydın idi ki, tək özləri bu işin öhdəsindən gələ bilməyəcək. Buna görə də, Əbu Cəhilin bu təklifinə hamı haqq qazandırdı və ölü və ya diri gətirilməsindən asılı olmayaraq, hər biri üçün yüz dəvə miqdarında mükafat verilməsi rəsmən qəbul edildi.[13] Əbu Cəhil ağlından istifadə etməyi bacarmasa da, zəkalı adam idi. Birbaşa  Hz. Əbu Bəkirin  evinə gəlir. Qapını Hz. Əbu Bəkirin qızı Əsma açır. Əvvəlcə, qızdan atasının harada olduğunu soruşur. Hz. Əsma bilmədiyini deyir. Əbu Cəhilə görə isə Hz. Əsmanın atasından bixəbər olması mümkün deyildi. Eşitdiyi cavabdan qeyzlənən Əbu Cəhil Hz. Əsmanın üzünə elə bir şillə vurur ki, qızın qulağındakı  sırğa qopub yerə düşür. Halbuki, o dövrkü cəmiyyətin adət-ənənələrinə görə, Əsma kimi azyaşlı bir qızla belə rəftar etmək normal şəraitdə də ayıb sayılırdı. Amma bu, Əbu Cəhil idi. Hz. Əsma illərcə bu hadisənin təsirindən qurtula bilməyəcək və yadına salanda isə: − Pis və həddi aşmış bir adam idi, − deyəcəkdi.[14] Sevrə tərəf Səfər ayının iyirmi yeddisi idi... Müqəddəs Köç gecənin qaranlğında Hz. Əbu Bəkirin evindən başlamışdı. Amma istiqamət səhabələrin getdiyi Mədinə əvəzinə, Yəmən tərəfdəki Sevr dağını göstərirdi. Təxminən səkkiz kilometr yol qət edəcək, digərlərinə nisbətən daha yüksək, iri daşlarla dolu və yolları maneəli Sevr dağına dırmanacaqdılar. Həmçinin Allah Rəsulu (sallallahu əleyhi və səlləm) yolun bu qədər uzun olmasına, təqibçilərin onlara çatmaq istəklərinə və əlverişsiz şərtlərə baxmayaraq ayaqlarının ucu ilə yeriməyə çalışır və bununla da, aşkar iz buraxmaq istəmirdi. Demək ki, tədbir üçün bir manevrə də ehtiyac vardı: və bir müddət burada qalacaq, Məkkədə baş verənləri buradan seyr edəcəkdi. Çünki Allah Rəsulu (s.ə.s.) Məkkədən kənarda da Onu rahat buraxmayacaqlarını bilir və şəhəri tərk etdiyini öyrənər-öyrənməz izlərinə düşüb onları yolundan, məqsədindən məhrum etmə ehtimalını nəzərə alırdı. Çünki Qureyş Məhəmməd əshabının Mədinəyə getdiyindən xəbərdar idi və sonradan bu ünvana üz tutanları izləyərək Məkkəyə qaytarmaq üçün ən ağlagəlməz üsullara əl atırdı.