Səhabələr

Vüslətə Doğru

Cəbrailin səsi

Tənha qaldığı günlərin birində Peyğəmbərimiz (s.ə.s.)  bir səs eşidir:

− Ey Məhəmməd! Mən Cəbrailəm!

Bu, bəlkə də, vəhyə hazırlıq mənasına gəlirdi. Əndişə ilə diksinən Peyğəmbərimiz yenə Xədicənin təsəlli və təmkin dolu dünyasına üz tutur, eşitdiyi  səsi və səsin gəldiyi səmti anladır. Sonra da qəlbinə işləyən səs tonu ilə:

− Allaha and olsun ki, böyük hadisələr olacağından narahatam, − deyir.

Mətanətli insanın davranışı əvvəlkilərdən yenə fərqlənmirdi. Fərqli ola da bilməzdi. Hz. Xədicə Onun iztirab və sıxıntılarını bu sözlərlə dindirdi:

− O, nə sözdür! Ondan Allaha sığınırıq! Allah (c.c.) Səni heç hədər edərmi? Sən əmanətə riayət edir, qohum-əqrəbalarına əl uzadır, kömək edirsən. Sən həmişə doğru danışırsan.[6]

Yenə bir gün axşamın qaranlığı çökmüş, küçələrdən əl-ayaq  kəsilmiş, hər kəs ev-eşiyinə çəkilmişdi. Dərin bir səssizliyin ətrafı bürüdüyü bu gecədə Cəbrailin səsini yenə eşitmişdi. Ona:

− Salam! − deyirdi. Allah Rəsulu (s.ə.s.) iti addımlarla yenə Hz. Xədicəyə yönəlir. Onu təlaş içində görən Hz. Xədicə:

− Bu, nə haldır? Nəsə olub? − deyə soruşur. Yenə eşitdiyini ona danışır. Sözünü bitirər-bitirməz:

− Sənə müjdələr olsun! Çünki salam yalnız xeyirdir, − deyir həyəcanla.[7] Həyəcanında mətanət və əminlik hiss edilirdi. Bəlkə də, o, bununla “ Sənə salamla səslənən kim olursa-olsun, nəticədə, Səni xeyir gözləyir. Çünki salamda əmin-amanlıq  vardır” demək istəyirdi.


[1]. Bax: Buhari, Sahih, 1/6; Muslim, Sahih, 1/97; Ahmed b. Hanbel, Müsned, 2/153
[2]. Buhari, Sahih, 4/1894 (4670)
[3]. Buhari, Sahih, 6/2561 (6581)
[4]. İbn Kesir, el-Bidaye ve’n-Nihaye, 3/11
[5]. Buhari, Sahih, 3/1389 (3609)
[6]. Buhari, Sahih, 1/4 (3)
[7]. İbn Hammad, ez-Zurriyyetu’t-Tahira, 1/33
Davamı: 1 2 3 4 5 6 7